Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Rekordlarla zəngin Avropa çempionatı
    28.05.2024 14:23:54

    Ölkəmiz dəfələrlə nüfuzlu güləş yarışlarına ev sahibliyi edib.

    Prosport.Az xəbər verir ki, Avropa çempionatı (2002, 2010), dünya çempionatı (2007), Dünya Kuboku (2004, 2012, 2022), U-17 dünya çempionatı (2012) və başqa beynəlxalq güləş turnirləri paytaxtımızda uğurla təşkil olunub.

    Son 2 ayda isə qitənin ən güclü güləşçiləri 2 dəfə Bakıya gəldi. 5-7 apreldə Milli Gimnastika Arenasında Avropa Olimpiya Təsnifat turniri, 20-26 mayda isə Bakı İdman Sarayında U-23 Avropa çempionatı keçirildi.

    Sonuncu yarış cari ildə sayca 3-cü qitə birinciliyi oldu. Fevralda böyüklər arasında Avropa çempionatı keçirildi. Mayda isə ardıcıl olaraq U-15 və U-23 yaş qrupunda analoji yarışlar baş tutdu. Sevindirici haldır ki, son 2 yarışda komanda hesabında 4 çempionluq qazandıq. Yunanıstanın Lutraki şəhərində təşkil olunan U-15 Avropa çempionatında sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz komanda hesabında 1-ci yeri tutdu. İki komandanın eyni vaxtda Avropa çempionu olması bu yaş qrupunda Azərbaycan güləşində ilk idi.

    Növbəti ilklərə “doğma divarlar” şahidlik etdi. Lutrakidə olduğu kimi, Bakıda da hər iki növdə komanda hesabında çempion olduq. U-23 Avropa çempionatlarında ilk dəfə bir yarışda 2 komanda çempionluğunu əldə etdik. Bu yerdə cəmi 6 nəfərdən ibarət heyətlə ilk dəfə bu yaş qrupunda “3-lüy”ə yüksələn qadınlardan ibarət millimizin tarixi uğurunu mütləq qeyd etməliyik. Yunan-Roma güləşi üzrə yığmamızın tutduğu yer, topladığı xal, medalların sayı və əyarı daxil olmaqla, birdən-birə özünün 4 rekordunu yeniləməsi də nəzərəçarpan faktdır.

    Beləliklə, güləşçilərimiz yerli publika qarşısında 5 qızıl, 4 gümüş və 7 bürünc medal qazandı. Əldə edilən 16 medalla iki il əvvəlki rekord təkrarlandı. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə Bolqarıstanın Plovdiv şəhərində keçirilən analoji yarışda Rusiya və Belarus güləşçiləri iştirak etməmişdi.

    Neytral atletlərin komanda nəticələri nəzərə alınmadığı üçün güləşin 3 növündə qazanılan medalların əyarına görə Azərbaycan birinci yeri tutdu. Ukrayna (4 qızıl, 4 gümüş, 3 bürünc) ikinci, Gürcüstan (2 qızıl, 2 gümüş, 6 bürünc) isə üçüncü oldu. Medalların sayına görə isə ölkəmiz Türkiyə ilə zirvəni bölüşdü.

    Xatırladaq ki, U-23 Avropa çempionatında Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq), Jalə Əliyeva (57 kq) və Cəbrayıl Qadjiyev (74 kq) qızıl, Nihad Quluzadə (60 kq), Elnurə Məmmədova (53 kq), Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq), Murad Əhmədiyev (97 kq), Ruzanna Məmmədova (59 kq), Nürəddin Novruzov (61 kq) və Arseni Djioyev (86 kq) isə bürünc medal qazandı.

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Döyüş növləri

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Güləş

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved