Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "3 futbolçu zədə səbəbindən heyətdən kənarda qaldı" - Arif Əsədov
    28.05.2024 12:31:01

    "Heç kimin kənarda qalmaması üçün geniş heyət yığmadıq".

    Prosport.Az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov deyib.

    AFFA-nın rəsmi saytına açıqlama verən çalışdırıcı yığmanın təlim-məşq toplanışının proqramı barədə danışıb və heyətlə bağlı fikirlərini bildirib: "U-21-in 3 üzvü iyunda Qazaxıstanla keçiriləcək ikinci yoldaşlıq görüşü üçün əsas milliyə çağırıla bilər. Hər mövqeyə iki futbolçu cəlb etməyi məqsədəuyğun bildik. Heç kimin kənarda qalmaması üçün geniş heyət yığmadıq. Heyətdə yer alanların hamısına şans vermək istəyirik. 24 oyunçudan əlavə ehtiyat qüvvə də nəzərdə tutulub. Qapıçı Yusif İmanov, müdafiəçi Cəlal Hüseynov və hücumçu Nəriman Axundzadə iyunun 7-də Slovakiya ilə səfərdə keçiriləcək yoldaşlıq görüşündə 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində olacaqlar. Ehtiyac yaransa, onları Slovakiya ilə qarşılaşmadan sonra A milliyə cəlb edə bilərik”.

    53 yaşlı məşqçi hazırlığa mayın 30-da başlanılacağını deyib. Ancaq o, ilk günlərdə tam heyətin bir arada olmayacağını söyləyib: “Bütün ölkələrdə mövsümün sonudur. Azərbaycan Premyer Liqasında da mübarizə iki gün əvvəl bitdi. Qarşıda yalnız ölkə kubokunun final görüşü var. Türkiyədə oynayan futbolçularımız üçün də mövsüm bitdi. Ancaq bəzi oyunçularımızın çıxış etdikləri liqalar davam edir. Yer aldıqları çempionatlarda mövsüm bitən futbolçularımız mayın 30-dan iyunun 1-nə kimi toplanışa qatılacaqlar. İyunun 2-si istirahət günü olacaq. Ancaq iyunun 3-dən etibarən tam heyətlə təlim-məşq toplanışına başlayacağıq. Azərbaycan Kubokunun finalında oynayacaq “Qarabağ” və “Zirə”nin oyunçuları, eləcə də müdafiəçi Anton Krivotsyuk və hücumçu Musa Qurbanlı iyunun 3-də kollektivə qoşulacaqlar. Yarımmüdafiəçi Emil Mustafayev Bakıya tez gəlsə, mayın 30-dan etibarən məşqlərdə iştirak edə biləcək. Digər yarımmüdafiəçi Coşqun Diniyev və hücumçu Vüsal İsgəndərli bir neçə gündür buradadırlar. Onlar məşqçilərimizin verdiyi əlavə məşq proqramı əsasında hazırlaşırlar”.

    Arif Əsədov 3 futbolçunun zədə səbəbindən heyətdən kənarda qaldığını sözlərinə əlavə edib: “Hücumçu Renat Dadaşovda mikrozədə var. İndidən müalicəyə başlamalıdır ki, yeni mövsümə qədər tam hazır ola bilsin. Həkimlə məsləhətləşdikdən sonra onu çağırmamaq və müalicə alması üçün imkan yaratmaq qərarına gəldik. Yarımmüdafiəçi Eddi İsrafilovun da zədə ilə bağlı problemi var. Premyer Liqanın son turundakı oyun “Neftçi” üçün böyük önəm daşıdığından, İsrafilov həmin görüşə iynələrin köməkliyi ilə çıxmışdı. Həm onu, həm də zədəsi olan digər yarımmüdafiəçi Filip Ozobiçi kollektivə cəlb etmədik”.

    O, bəzi futbolçuların dəvət edilməməsinə və heyətə 4 qapıçının cəlb olunmasına da aydınlıq gətirib: “Hücumçu Namik Ələskərov uzunmüddətli zədədən qayıtdıqdan sonra yalnız klubunun son iki oyununda start heyətində meydana çıxmışdı. Hər mövqeyə də 2 oyunçu çağırıldığından, bu dəfə digərlərinə şans verməyi lazım bildik. Ozan Can Kökçü ilə bağlı durum da eynidir. Uzun müddətdir bizimlədir, çoxdandır tanıyırıq. Bu dəfə Vüsal İsgəndərlini sınamaq qərarına gəldik. “Sumqayıt”da iki mərkəz müdafiəçisini diqqətimizdə saxlamışdıq – Murad Xaçayev və Elvin Bədəlov. Bu dəfə Bədəlovu heyətə cəlb etdik. Müdafiənin mərkəzində daha 3 oyunçumuz var. Mövsümün sonu olduğu üçün futbolçularda yorğunluğun olması normaldır. Bunu nəzərə alaraq, hər ehtimala qarşı 4 qapıçıya dəvət göndərmişik. Onlar da klublarının heyətində çox oyun şansı əldə edənlərdir”.

    Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 7-də Bakı vaxtı ilə saat 21:00-da Albaniya ilə, 11-də isə saat 18:00-da Qazaxıstanla yoldaşlıq görüşündə qarşılaşacaq. Hər iki oyun Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved