Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    "Onunla qarşılaşmasam da, bilirdim ki, mənim kimi Dağıstandandır" – Üçqat U-23 Avropa çempionumuz
    28.05.2024 00:09:26

    “Qələbəni Azərbaycan xalqına həsr edirəm. Arenada çoxlu azarkeş vardı. Əsl izdiham yaşanırdı. Qızıl medal onların haqqı idi. Məşqçilərim Cəbrayıl Həsənov və Şərif Şərifova təşəkkürümü bildirirəm. Onların dediyi kimi etdim. Həkimimiz Müşfiq müəllimə də çox minnətdaram. O da bizim üzərimizdə yarpaq kimi əsir. Bütün qarşılaşmalarımızda yanımızdadır, bizi zədələrdən xilas edir".

    Bunu Prosport.Az saytına açıqlamasında Bakıda keçirilmiş 23 yaşadək güləşçilərin Avropa çempionatında qızıl medal qazanan Cəbrayıl Hacıyev deyib.

    Milliyyətcə ləzgi olan 22 yaşlı idmançı 3-cü dəfə U-23-lər arasında Avropa çempionu olub. 17 yaşından Azərbaycanda məşq edən Cəbrayıl finalda 6:5 məğlub etdiyi Rusiya idmançısı Kamil Əbdülvahabovla əvvəllər qarşılaşmadığını bildirib:

    "İlk dəfə idi ki, bu rəqiblə qarşılaşırdım. Ancaq təbii ki, onu tanıyırdım. Bilirdim ki, mənim kimi Dağıstandandır".

    Cəbrayıl Hacıyev növbəti hədəf və əsas yığmada 74 kq çəki dərəcəsində heyətə düşmək barədə bunları deyib: "Hədəflərimdən biri Los Anceles Olimpiadasında qızıl medal qazanmaqdır. Hər bir idmançının arzusu bu oyunlarda iştirak etməkdir. Düzdür, milli komandada gərgin rəqabət var. Bu da yaxşı haldır. Qoy ən güclü olan 1-ci nömrə olsun. Ölkə xaricində biz hamımız azarkeş olaraq bir-birimizi dəstəkləyirik. Kollektiv daxilində rəqibik. Sağlam rəqabət var. Əsas yığmanın heyətində olmaq üçün son qərarı məşqçilər heyəti verəcək”.

    Qeyd edək ki, 31 ölkədən 365 güləşçinin qatıldığı Avropa çempionatında Azərbaycan sərbəst güləşdə 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanmaqla, yunan-Roma güləşində 3 qızıl, 1 gümüş və 4 bürünc medal əldə etməklə 1-ci olub. Qadın güləşində millimiz 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmaqla Azərbaycan Ukrayna və Türkiyədən sonra 3-cü yeri tutub. Ümumilikdə isə ölkəmiz 5 qızıl, 4 gümüş və 7 bürünc medalla bütün ölkələri qabaqlayıb. 

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Döyüş növləri

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved