Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Ümid edirəm ki, yekun qərar hər iki tərəfin xeyrinə olacaq" – Andrey Lunyov
    27.05.2024 12:49:44

    “Düzdür, mükafatlandırıldıq, amma çempionluğu 2 ay öncə təmin etmişdik. Mövsüm ərzində çox yaxşı işlər gördük. Komandadakı hər kəs nəticəyə görə çox xoşbəxtdir. Çünki hamımız çalışdıq. Mövsümü ilk pillədə başa vurmaq başlıca məqsədimiz idi və buna nail olduq”.

    Prosport.Az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 2023-2024-cü illər mövsümünün qalibi olan “Qarabağ” klubunun qapıçısı Andrey Lunyov mükafatlandırma mərasimindən sonra deyib.

    O bildirib ki, ölkə çempionatının qalibi olsalar da, komandanın mövsümü uğurlu başa vurduğunu demək tezdir: “Çünki mövsüm bitməyib. Öz çıxışımdan razı qalıb-qalmadığımı da indidən deyə bilmərəm. Hələ 1 oyunumuz qalıb. Bizi iyunun 2-də Azərbaycan Kubokunun finalında “Zirə” ilə matç gözləyir. İnanıram ki, bu qarşılaşmada da özümü ən yaxşı tərəfdən göstərə biləcəyəm”.

    33 yaşlı qolkiper komandadakı gələcəyi ilə bağlı danışıqların getdiyini söyləyib: “Əslində bu barədə danışmaq, fikir bildirmək istəmirəm. Çünki mövsüm davam edir. Yalnız mövsüm bitdikdən sonra cavab verəcəyəm. Sadəcə, onu deyə bilərəm ki, bu barədə müzakirələr aparırıq. Ümid edirəm ki, yekun qərar həm mənim, həm komandamın xeyrinə olacaq”.

    Rusiyalı qapıçı Ağdam təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinə düşmək şanslarını da dəyərləndirib: “Burada Avropa ölkələrinin ən güclü klubları mübarizə aparır. Əlbəttə ki, uğur qazanmaq üçün səy göstərəcəyik. Hədəfimiz qrup mərhələsinə yüksəlməkdir. Bunun mümkün olacağını düşünürəm. Bu mövsüm UEFA Avropa Liqasında layiqli mübarizə apardıq. Niyə də eyni performansı Çempionlar Liqasında göstərməyək?! Bilirəm ki, uğura gedən yolda maneələr çox olur. Buna görə də daha çox inkişaf etməli, Avropadakı son təcrübələrimizdən istifadə etməliyik”.

    Qeyd edək ki, “Qarabağ” 83 xalla bu mövsüm tarixində 11-ci dəfə Azərbaycan çempionu olub.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved