Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Mətbuat məni göndərməyə çalışır" – Elmar Baxşıyev
    27.05.2024 10:44:59

    "Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının son turunda "Qarabağ"la 2:2 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, muxtar respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Bilirdik ki, son matçdır, "Qarabağ"a qarşı oynayırıq. Azarkeşlər üçün maraqlı oyun oldu. Qalib gələ və ya uduza bilərdik. Komandamı təbrik edirəm. Qarşıdakı günlərdə rəhbərliklə danışığımız olacaq. Ona uyğun hərəkət edəcəyik.

    – Mətbuatda sizin "Araz-Naxçıvan"dan gedəcəyiniz, əcnəbi baş məşqçinin gələcəyi ilə bağlı xəbərlər var. Bugünkü nəticə ilə həmin xəbərlərə cavab verdiyinizi düşünmək olar?
    – Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm. Mənim tələbim o olub ki, 2 aylıq müqavilə bağlayaq, komandanı tanıyım. Rəhbərlik mənə 1 il artıq müqavilə təklif edirdi. Mən razılaşmadım. Çünki bu çempionatı başa vurmaq lazımdır. Mətbuat məni göndərməyə çalışır. Əlbəttə ki, rəhbərliyin sözü önəmlidir.

    – Sizin davam etmək fikriniz var?
    – Mənim də tələblərim var. Daha iddialı komanda görmək istəyirəm. Tələblərim yerinə yetirilsə, bu layihə mənə uyğundur. "Qəbələ"də necə söz sahibi mən idimsə, burada da 2 ay ərzində mənim sözüm komandanın üstündə olub. Yenə də görüş hər şeyi aydın edəcək. Ümid edirəm ki, mənim təkliflərim də klub üçün maraqlı olacaq.

    – "Qəbələ"nin aşağı liqaya düşməsinə məyus oldunuz?
    – Çox məyus oldum. Futbolçuların klubdan ayrılmasına daha çox məyus olmuşdum. Futbol onu göstərir ki, hər şeyin qədrini bilmək və oyunçuları komandada saxlamaq önəmlidir. Riskə getdik. O risk də özünü doğrultmadı. "Qəbələ" köklü klubdur. İnanıram ki, 1 il sonra onları yenidən Premyer Liqada görəcəyik.

    – "Araz-Naxçıvan"ı mövsümün əvvəlindən rəqib baş məşqçi kimi, sonlarında isə komandanın çalışdırıcısı kimi tanıyırsınız. Komandanın avrokuboklarda çıxışının davam etməməsi üçün nə çatmadı?
    – Ehtiyat heyətimiz qısa idi. Düşünürəm ki, əsas faktor bu oldu.

    Futbol

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09
    Futbol

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13
    Futbol

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24
    Futbol

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18
    Futbol

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48
    Futbol

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48

    Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı

    25.11.2026 22:12:57

    ABL: VIII turun oyun cədvəli açıqlandı

    25.11.2026 21:51:13

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19

    Azərbaycanda hakimlərin xidmət haqqı normaları müəyyənləşdi

    25.11.2026 19:49:46

    "Barselona" "Sabah"la oyundan öncə bu xəbərə üzüldü

    25.11.2026 19:14:47

    Samuxda ilk cüdo zalı fəaliyyətə başladı

    25.11.2026 18:46:53

    Dünya çempionatı: FIFA referimizə növbəti təyinat

    25.11.2026 18:14:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved