Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Belə şeylərə vaxt ayırmağa zamanımız yoxdur" – Qurban Qurbanov
    26.05.2024 22:21:40

    "Qarabağ" Azərbaycan Premyer Liqasının son turunda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Futbolçularımı təbrik edirəm. Bir neçə həftə öncə çempionluğu təmin etməyimizə baxmayaraq, kuboku bu gün əldə edəcəyik. Hamı bu anı səbirsizliklə gözləyir. Elə futbolçular var ki, ilk dəfə çempion olur. Oyun sakit keçdi. Hər iki komandanın oyunçuları centilmencəsinə oynadı. Bu mənim üçün xoş oldu. Elmar Baxşıyevə uğurlar arzulayıram.

    – Bir həftə sonra kubokun finalı var. Bu oyun haqda fikirləriniz necədir?
    – Bəlkə futbolçular daha çox istirahət etmək istəyərdi. Amma onların hər biri peşəkardır. Titulların sayını çoxaltmaq istəyirlər. Hər il bu şans ələ düşmür. Bizi yaxşı mövsüm keçirən komandaya qarşı oyun gözləyir. İnanıram ki, hamı üçün maraqlı oyun olacaq. 2-ci dəfədir ki, finalda "Zirə" ilə oynayacağıq. Hər iki komandanın oyunçularına uğurlar arzulayıram.

    – Əvvəlki çempionluqlarla bunun arasında hansı fərqlər var?
    – Hər mövsümdə bizim üçün 3 turnir var: Premyer Liqa, kubok və avrokuboklar. Hər üçünü düşündüyümüz qədər qoruya bildiksə, bizim üçün üstünlükdür. Bəlkə də əvvəlki çempionluqları daha aqressiv qeyd etmişik. İndiki çempionluq daha sakitdir. Hər bir halda mövsümün əvvəlində qarşımıza qoyulan məqsədlərdən biri çempion olmaqdır. Ona görə də digər çempionluqlarla bunun fərqi yoxdur. Çempionluğun sayını nə qədər çoxaltsaq, karyeramızda bir iz olar. Çempion adı həmişə dəyərlidir.

    – Növbəti mövsüm üçün Azərbaycan futbolu və klublarına nə arzulayırsınız?
    – Bol-bol uğurlar, sağlam rəqabət arzulayıram.

    – Andrey Lunyovun menecerinin açıqlamaları ilə bağlı hüquqi addım atmağı düşünürsünüz?
    – Qətiyyən yox. Bizim üçün narahat olacaq nüans yoxdur. İşimiz, nəticələrimiz göz qabağındadır. Hansısa fikirlərə görə klubun imicini aşağı salmağa ehtiyac yoxdur. İnsan addım atanda öz xalqını düşünür. Biz işimizi görürük. Bizə qarşı Avropada da, Azərbaycanda da o qədər təxribatlar olub. Belə şeylərə vaxt ayırmağa zamanımız yoxdur.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved