Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Barselona" ilə oynasaq, yenə qalib gəlməyimizi istəyəcəklər" – Ayxan Abbasov
    26.05.2024 20:25:57

    "Çempionat bitdi, darıxacağıq. Gərgin mövsüm keçdi. Son oyunu qələbə ilə başa vurmaq istəyirdik. Qərb derbisi idi, bu oyunlar tarixdə qalır. Futbol baxımından rəqibdən üstün idik. Qol epizodlarını boşa verdik. Bu gün futbolçularım müdafiədə də yaxşı oynadı. 2 ildir ki, burada yaxşı işlər görürük. Daha da yaxşı olması üçün çalışacağıq. Ötən il bəlkə də bu xalla avrokuboklara vəsiqə qazanmaq ehtimalı var idi. Daha çox xal qazanmalıyıq. Hər kəsə təşəkkür edirəm".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın sonuncu – XXXVI turunun "Kəpəz"lə görüşündən (1:0) sonra keçirilmiş mətbuat konfransında deyib. 

    – Gedəcək və yeni gələcək oyunçularla bağlı planınız hazırdır?
    – Çempionat gedə-gedə beynimizdə fikirlər var idi. Amma yenə də son oyunu gözləyirdik. Rəhbərliklə görüşümüz olacaq. Futbolçu göndərmək asandır, gətirmək isə çətin. Dəyişiklik olacaq.

    – Ehtiram Quliyev oyundan sonra bildirdi ki, növbəti mövsüm üçün qarşınıza avrokubok hədəfi qoyulub. Bununla bağlı düşüncələriniz necədir?
    – Bu il də istəyirdik. Gələn il qarşımıza avrokuboklara vəsiqə qazanmağa cəhd etmək məqsədi qoyacağıq. Amma rəqiblərdən asılıdır. Bu il avrokuboklara gedən komandaların təcrübəsi, oturuşmuş heyəti var. Biz də çalışırıq ki, belə möhkəm komanda yığaq. 

    – Artıq avrokubok mesajı verildi. Təzyiqin olacağı sizi çəkindirmir?
    – Ehtiram müəllimlə görüşməmişəm hələ, bilmirəm hansı mesajı verib. Ötən mövsüm də basqı var idi. Tovuz azarkeşləri çılğındır. Sabah burada "Barselona" ilə oynasaq, yenə qalib gəlməyimizi istəyəcəklər. Bu yaxşıdır. Biz də onları sevindirməyə çalışırıq. Addım-addım getmək lazımdır. Hansı klublar tələsirdi, bu gün çempionatda yoxdur. Bölgələrdə bünövrəni çox möhkəm qurmaq lazımdır. Əsas komanda ilə kifayətlənmək olmaz. Bunlar olmasa, uğur müvəqqəti olacaq. 2 illik təcrübəmiz var. Gələn il daha yaxşı olmaq üçün çalışacağıq.

    – Əvəzedicilər liqasının ləğv olunması, sizcə, Azərbaycan futboluna fayda verər?
    – Klub prezidentindən sonra mənə sual vermək... Bizim inkişafımız üçün çox şeylər lazımdır. Tək əvəzedicilərin liqası ilə iş bitmir. Futbolun bünövrəsini qoymalıyıq. Özümüz özümüzü aldadırıq. Azərbaycandan kənara çıxanda görürük ki, çox geridəyik. Bu gün meydançalar yoxdur. Təlim-məşq bazaları olmasa, futbolun inkişafı tezliklə olmayacaq.

    – Bakı Olimpiya Stadionunda "COP29"la bağlı tədbirlər keçiriləcək. Məşqləri harada edəcəksiniz?
    – Çox yaxşı sualdır. Özüm də bilmirəm ki, nə edəcəyik. Bakıda 5-6 meydança var, onları da sökürlər. Bu o deməkdir ki, futbol olmasın. Uğursuz olan kimi məşqçini göndərirlər. Nə qədər məşqçini göndərəcəklər? Aşağıdan başlamalıyıq. İlk olaraq klublar meydançalar salmalıdır. Bundan sonra mütəxəssis axtarmalıyıq.

    Futbol

    Emmanuel Addai yenicə keçdiyi komandadan ayrılır

    29.07.2026 14:41:13
    Futbol

    Kipr klubu Murad Məmmədovu icarəyə verə bilər

    29.07.2026 14:19:54
    Futbol

    "Cavab oyununda müdafiəyə çəkilmək niyyətində deyilik" - MOİK-in baş məşqçisi

    29.07.2026 13:17:19
    Futbol

    "Çox keyfiyyətli komandaya uduzduq" - KuPS-un baş məşqçisi

    29.07.2026 12:45:57
    Futbol

    I Liqa təmsilçisi yeni transferini açıqladı

    29.07.2026 11:56:18
    Futbol

    "Kəpəz" Qətər klubuna qarşı

    29.07.2026 11:37:55
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Emmanuel Addai yenicə keçdiyi komandadan ayrılır

    29.07.2026 14:41:13

    Kipr klubu Murad Məmmədovu icarəyə verə bilər

    29.07.2026 14:19:54

    “Qarabağ”la oyuna ən yaxşı formada köklənməyə çalışırıq" - Anxelo Martino

    29.07.2026 13:43:01

    "Cavab oyununda müdafiəyə çəkilmək niyyətində deyilik" - MOİK-in baş məşqçisi

    29.07.2026 13:17:19

    "Çox keyfiyyətli komandaya uduzduq" - KuPS-un baş məşqçisi

    29.07.2026 12:45:57

    İdmançımız Qahirədə qızıl medal qazandı

    29.07.2026 12:10:13

    I Liqa təmsilçisi yeni transferini açıqladı

    29.07.2026 11:56:18

    "Kəpəz" Qətər klubuna qarşı

    29.07.2026 11:37:55

    Püşk atıldı: "Qarabağ" və "Neftçi"nin rəqibləri bilindi

    29.07.2026 11:01:12

    Dünya çempionatı: Qız güləşçilərimiz mübarizəyə başlayır

    29.07.2026 10:34:20

    UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

    29.07.2026 10:00:45

    Gəncə klubu ABŞ-li baş məşqçiyə tapşırıldı

    28.07.2026 23:42:37

    "Sabah"dan UEFA reytinqinə maksimum töhfə

    28.07.2026 23:13:35

    "Sabah" və Mikels "10"a çatdı

    28.07.2026 22:46:27

    Tarixdə ilk, Azərbaycanda 4-cü

    28.07.2026 22:13:06
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved