Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "AFFA-dan ayrılacaq maliyyəni bilməliyik" – Adil Şükürov
    26.05.2024 20:21:07

    "İlk növbədə "Kəpəz" azarkeşlərinə təşəkkür edirəm. Bizə azarkeşlik edən hər kəsə minnətdaram, sona qədər dəstək oldular. Çalışdıq ki, gücümüz çatan qədər oynayaq. Böyük itkilərimiz var idi, heyətimizdə bir çox oyunçu oynamırdı. Lakin sevindirici məqamlar oldu. Onları əvəzləyənlər də verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. 2 gənc futbolçumuzu meydana buraxdıq. Həmin uşaqlara böyük ümid bəsləyirəm. Hər birinə də uğurlar arzulayıram".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Premyer Liqanın sonuncu – XXXVI turunun "Turan Tovuz"la oyunundan (0:1) sonra mətbuat konfransında deyib.

    – Növbəti mövsüm üçün komandada nə kimi dəyişiklik olacaq?
    – 
    Biz komandanı götürdüyümüzdən bu yana istədiyimiz çox şeyləri gördük. Bu futbolçularla istədiklərimizə nail olduq. Hədəfimiz odur ki, komandada olanların əksəriyyətini saxlayaq. Daha da güclənib yaxşı yerlər uğrunda da mübarizə aparmaq niyyətindəyik. Bunun üçün də komandaya maliyyə dəstəyi lazımdır. İstəyirik ki, "Kəpəz"ə maliyyə dəstəyi olsun. Gəncə təmsilçisi yüksəklərdə olmağa layiqdir. Futbolçularımızın əksəriyyətini saxlamaq niyyətindəyik. Təbii ki, gedənlər olacaq. İstəmədiyimiz futbolçu yoxdur. Adama Nyanenin müqaviləsinin müddəti bitib. Bildiyim qədərilə onun özü başqa kluba keçmək istəyir. Buna etiraz etmirik. Nyaneden başqa heç bir futbolçu ilə bağlı müraciət olunmayıb. Bu futbolçularla dibdən başladıq. Onlarla ayaq üstə qaldıqsa, elə onlarla da davam etmək istəyirik.

    – İqor Rodriqeşi istəyən komandalar az deyil. Onu saxlaya biləcəksiniz?
    – 
    Futbolçularla danışmışıq. Hər biri də ilkin olaraq bildirib ki, bizdən cavab gözləyəcəklər. Məhz bundan sonra digər klublarla danışıq aparacaqlar. Amma ilk bizimlə danışacaqlar. Bu, əksər legionerlərimizə, yerli futbolçularımıza aiddir. Ümidliyik. Maliyyə durumu nə yerdə olacaq, maraqlanmalıyıq. Federasiyadan ayrılacaq maliyyəni bilməliyik. Ondan sonra isə əlavə maliyyə dəstəyi olsa, nə yaxşı. Olmasa, ona uyğun işimizi quracağıq.

    – "Kəpəz"ə sponsor tapılması məsələsi nə yerdədir?
    – 
    Ümumi müraciətimiz oldu. Komanda Premyer Liqada qaldı, bunun üçün bir çox işlər gördük. Gələcəklə bağlı planlarımız da var. Bir daha bildirim ki, aidiyyəti orqanlar, insanlar var, onlardan xahiş edirəm komandaya dəstək, "Kəpəz"in inkişafına yardımçı olsunlar. Komandanın özünə, adına layiq yerlərdə qərarlaşmasına köməklik etsinlər. Bu komanda inkişaf etməlidir. İmkanlar var.

    – Sosial şəbəkələrdə İlqar Nadiri tənqid olunur, azarkeşlər ona vaxt verib. Özünüzə qarşı necə, basqı hiss edirsiniz?
    – 
    Bu gün klubun belə vəziyyətdə olması, komandanın belə oynamasında rəhbərliyin, İlqar Nadirinin də şəxsən rolu var. Oyunlarda qalib gəldikcə, klub rəhbərliyi əlindən gələn hər şeyi edir. Bildiyim qədərilə, onun gücü çatmadığı imkanları belə bizim üçün yaratdı. Dəstək görürük. Gəncə futbol camiəsini tanıyıram. Hər kəslə çox yaxşı münasibətim var. Hər bir kəslə görüşəndə də deyirəm ki, Gəncə veteranları, futbolsevərlərinin bir məqsədi olmalıdır: "Kəpəz" inkişaf etsin. Bunun üçün isə tənqidlərdən çox dəstək lazımdır. Komandada bəzi sıxıntılar var. Əlavə olaraq da, bu tərəfdən olacaq şeylər, komandaya stresdir. İnanıram ki, bunu da heç kəs istəməz.

    – Növbəti mövsüm Gəncə stadionu hazır olmayacaq. Harada oynayacaqsınız?
    – 
    Bəli, nəzərimizdə 2 stadion var: "Turan Tovuz"un və "Qəbələ"nin stadionları. Rəhbərlik də bu yöndə iş aparır. Əsas məsələ odur ki, maliyyəmiz nə qədər olacaq. Ona uyğun da planlaşdırma aparacağıq.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved