Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hansı klubdan ayrılmışamsa, özüm getmişəm" – Şahin Diniyev
    26.05.2024 10:56:34

    "Səbail" Azərbaycan Premyer Liqasının sonuncu – XXXVI turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Gərgin oyun oldu. Komandam məğlub olmaq istəmirdi. Pedru Nununun olmaması bizə hücumda problem yaratdı. 10 nəfərlə xarakter göstərdik. Bərabərlik qolunu vurmaq alınmadı. "Zirə"ni təbrik edirəm. Hər şeyi məndən öyrənin, "sarı mətbuat"dan yox. İllərdir ki, futbolun içindəyəm, hamını tanıyıram.

    – Belə xəbərlər var idi ki, bu oyunda qələbə qazanmaq üçün sizə pul təklif olunub. Bu, nə dərəcədə doğrudur?
    – Elə şey olmayıb. Balalarımın canına and olsun ki, belə bir şey yoxdur. Biz olan yerdə ola da bilməz.

    – Mətbuat konfransına Rəşad Sadıqovdan sonra gəlməyinizin səbəbi nədir?
    – Komandanın sponsoru Rauf müəllim ("Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri, klubun İdarə Heyətinin sədri Rauf Vəliyevi nəzərdə tutur – red.) gəlmişdi. Onu orada qoyub çıxmaq düz olmazdı.

    – Vərəqələrin çox olması intizamsızlıqla, yoxsa hakim səhvləri ilə əlaqədardır?
    – 9-cu dəqiqədə 2 sarı vərəqə var idi, hər şey aydındır. Hakimlərə təşəkkür edirəm. Deməzdim ki, komandamda intizamsızlıq var. Avropada ilk epizodda heç vaxt sarı vərəqə vermirlər. Belə olanda futbolçu mübarizədən çəkinir.

    – Klubdakı gələcəyiniz necə olacaq?
    – Bu komanda ötən mövsüm 9-cu yeri tutmuşdu. Əgər bu il 10-cu olsaydıq, mən uğursuz idim. Belə olsaydı, özüm qalmazdım. Hardan ayrılmışamsa, özüm getmişəm. Məni heç vaxt istefaya göndərməyiblər. Futbolda 3 il vaxt lazımdır. Qərar rəhbərliyindir. İşimi vicdanla görmüşəm. Həftənin 2-ci günü klubun İdarə Heyətinin iclası olacaq. Nə qərar versələr, hörmətlə yanaşacağam. Onu deyə bilərəm ki, ötən mövsümlə indiki "Səbail"in büdcəsində fərq yoxdur, eynidir. Bəzilərinin qərəzli yazdıqlarına fikir verməyin.

    Futbol

    "Cavab görüşünə də ciddi hazırlaşmışıq" - Ruan Renato

    29.07.2026 15:33:49
    Futbol

    "Daha 4-5 legioner cəlb etməyi düşünürük" - Rəşad Sadıqov

    29.07.2026 15:21:40
    Futbol

    Emmanuel Addai yenicə keçdiyi komandadan ayrılır

    29.07.2026 14:41:13
    Futbol

    Kipr klubu Murad Məmmədovu icarəyə verə bilər

    29.07.2026 14:19:54
    Futbol

    "Cavab oyununda müdafiəyə çəkilmək niyyətində deyilik" - MOİK-in baş məşqçisi

    29.07.2026 13:17:19
    Futbol

    "Çox keyfiyyətli komandaya uduzduq" - KuPS-un baş məşqçisi

    29.07.2026 12:45:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Cavab görüşünə də ciddi hazırlaşmışıq" - Ruan Renato

    29.07.2026 15:33:49

    "Daha 4-5 legioner cəlb etməyi düşünürük" - Rəşad Sadıqov

    29.07.2026 15:21:40

    Emmanuel Addai yenicə keçdiyi komandadan ayrılır

    29.07.2026 14:41:13

    Kipr klubu Murad Məmmədovu icarəyə verə bilər

    29.07.2026 14:19:54

    “Qarabağ”la oyuna ən yaxşı formada köklənməyə çalışırıq" - Anxelo Martino

    29.07.2026 13:43:01

    "Cavab oyununda müdafiəyə çəkilmək niyyətində deyilik" - MOİK-in baş məşqçisi

    29.07.2026 13:17:19

    "Çox keyfiyyətli komandaya uduzduq" - KuPS-un baş məşqçisi

    29.07.2026 12:45:57

    İdmançımız Qahirədə qızıl medal qazandı

    29.07.2026 12:10:13

    I Liqa təmsilçisi yeni transferini açıqladı

    29.07.2026 11:56:18

    "Kəpəz" Qətər klubuna qarşı

    29.07.2026 11:37:55

    Püşk atıldı: "Qarabağ" və "Neftçi"nin rəqibləri bilindi

    29.07.2026 11:01:12

    Dünya çempionatı: Qız güləşçilərimiz mübarizəyə başlayır

    29.07.2026 10:34:20

    UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

    29.07.2026 10:00:45

    Gəncə klubu ABŞ-li baş məşqçiyə tapşırıldı

    28.07.2026 23:42:37

    "Sabah"dan UEFA reytinqinə maksimum töhfə

    28.07.2026 23:13:35
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved