Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Mən 80% hücum futbolu üzərində işləyirəm" – Rəşad Sadıqov
    26.05.2024 09:28:51

    "Zirə" Azərbaycan Premyer Liqasının sonuncu – XXXVI turunda doğma meydanda "Səbail"i 1:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Çox emosional oyun idi. Futbolçularım son saniyələrə qədər soyuqqanlı şəkildə, ürəkdən mübarizə apardı. Təslim olmayan, amansız mücadilə verən rəqib var idi. Son saniyələr elə keçdi ki, biz qol buraxsaydıq, avrokuboklardan kənarda qala bilərdik. 2-ci qolu vurub daha rahat qələbə qazanmaq istəyirdik. Futbolçuların üzərində stres var idi, buna görə də son zərbələr uğurlu alınmırdı. Şükürlər olsun ki, sonda istədiyimiz nəticəni əldə edə bildik. Hər kəsi ürəkdən təbrik edirəm. Bu yolu birlikdə keçmişik.

    – Avrokuboklar uğrunda mübarizə çox gərgin keçdi. Sizcə, bunun "Zirə"yə UEFA Avropa Liqasında faydası nə qədər olacaq?
    – Bu, mübarizənin içində olan bütün komandalar üçün faydalıdır. Belə yarışı son illərdə xatırlamıram. Bir dəfə son turda "Bakı" səfərdə "Xəzər Lənkəran" üzərində qələbə qazandı, "Qarabağ" "Neftçi" ilə heç-heçə etdi, digər tərəfdə "İnter" qələbə qazanıb çempion oldu. Bu il isə avrokuboklar uğrunda belə gərgin mübarizə getdi. Bu, hər komanda üçün inkişaf yolunda böyük təkan olacaq. Rəhbərliklə gələcək planlar haqda ətraflı danışacağıq.

    – Avropa Liqasına vəsiqəni təmin etdiniz. Komandanı "Qarabağ"la kubok matçına kökləmək çətin olmayacaq?
    – Bunu zaman göstərəcək. İndi nə desəm, boş olacaq. İstirahət edib oyuna hazırlaşacağıq. "Qarabağ"ın finala hazırlaşmağa daha çox vaxtı olub. Bizim üçün sevindirici haldır ki, həm çempionatda, həm də kubokda önümüzdə olan komanda "Qarabağ"dır. İstəyirik ki, mövsümü titulla başa vuraq. Amma çempionatda 2-cilik mənim üçün titul qədər önəmli idi.

    – Başqa təkliflər olsa, fikriniz necə olacaq?
    – Gələcəyimi "Zirə"də görürəm. Rəhbərlik gələn il də davam etmək istəyirdi. Amma mən özüm bildirmişdim ki, sonluğu gözləyək. Ötən il avrokuboklara düşə bilməmişdik. Bu il də kənarda qalsaydıq, düşünəcəkdim. Avropa Liqasına vəsiqə qazandıq. Mənim planlarım "Zirə" ilə bağlıdır. Bu komanda ilə avrokuboklarda uğurlu çıxış etmək istəyirəm.

    – Mövsümün əvvəlində "Zirə" subyektiv və obyektiv səbəblərdən çox tənqid olunurdu. Bu nəticə ilə tənqidləri susdurduğunuzu düşünmürsünüz?
    – Yaşlandıqca mətbuatdan uzaq qalmağa çalışıram. Nəyə görə tənqid olunmağımız barədə dolğun məlumatım yoxdur. Bilirəm ki, oyunumuzla bağlı nəsə fikirlər olub. Bunu şərh etmək istəmirəm. Heyətdə itkilərimiz çox idi, rotasiyalar edə bilmirdik. Rəhbərlik qışda əlavə büdcə ayırıb transferlər etməyə şərait yaratdı. Kiməsə cavab vermək istəmirəm. Mən karyeram boyunca tənqidlərlə rastlaşmışam. Fikrimi ancaq öz işimə kökləmişəm. Heç bilmirəm nəyə görə tənqid olunurdum...

    – Müdafiə futbolu oynatdığınız deyilirdi...
    – Futbolçulardan soruşun, mən 80% hücum üzərində işləyirəm. Bəli, hər futbolçudan müdafiə olunmağı tələb edirəm. Bu, müasir futbolun kriteriyalarıdır. "Qarabağ"la, "Sabah"la müdafiədən oynamışıq. Amma "Neftçi"yə qarşı 4 oyun keçirmişik. 1 matçda evdə oyunu qura bilmədik, müdafiədən oynadıq. Amma digər 3 matçda biz daha aktiv olmuşuq, hücum etmişik. Ola bilər ki, əla futbol oynamamışıq. Müqayisə olaraq deyə bilərlər ki, filan komanda sizdən daha yaxşı idi. Amma mən o fikirlə razı deyiləm. 36 oyundan 4-də komandadan narazı olmuşam. Digər matçlarda topa nəzarət bizdə olub, hücumlar etmişik.

    – "Əskişəhərspor"dan ayrılarkən demişdiniz ki, baş məşqçinin məni buraxmağı sizə pis təsir etmişdi. İndi onunla münasibətiniz necədir?
    – Məşqçi olarkən artıq bu incikliklər unudulur. Futbolçu olarkən başqa düşüncədə olursan. İndi isə məşqçilərə haqq qazandırıram. İstər Ərtuğrul Sağlam, istərsə də Bülənt Uyqunla münasibətlərim normaldır. O vaxt "Qarabağ" məni çox istəyirdi. Hətta "Qarabağ"ın direktoru Əmrah Çəlikəl məndən ötrü Türkiyəyə gəlmişdi. Həmin vaxt müəyyən transfer qarşılığında "Qarabağ"a keçmişdim.

    – Sabiq "Neftçi"li kimi bu klubun avrokuboklardan kənar qalması barədə nə deyə bilərsiniz?
    – Bu barədə mənim nəsə deməyim düzgün olmaz.

    Futbol

    "Cavab görüşünə də ciddi hazırlaşmışıq" - Ruan Renato

    29.07.2026 15:33:49
    Futbol

    "Daha 4-5 legioner cəlb etməyi düşünürük" - Rəşad Sadıqov

    29.07.2026 15:21:40
    Futbol

    Emmanuel Addai yenicə keçdiyi komandadan ayrılır

    29.07.2026 14:41:13
    Futbol

    Kipr klubu Murad Məmmədovu icarəyə verə bilər

    29.07.2026 14:19:54
    Futbol

    "Cavab oyununda müdafiəyə çəkilmək niyyətində deyilik" - MOİK-in baş məşqçisi

    29.07.2026 13:17:19
    Futbol

    "Çox keyfiyyətli komandaya uduzduq" - KuPS-un baş məşqçisi

    29.07.2026 12:45:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Cavab görüşünə də ciddi hazırlaşmışıq" - Ruan Renato

    29.07.2026 15:33:49

    "Daha 4-5 legioner cəlb etməyi düşünürük" - Rəşad Sadıqov

    29.07.2026 15:21:40

    Emmanuel Addai yenicə keçdiyi komandadan ayrılır

    29.07.2026 14:41:13

    Kipr klubu Murad Məmmədovu icarəyə verə bilər

    29.07.2026 14:19:54

    “Qarabağ”la oyuna ən yaxşı formada köklənməyə çalışırıq" - Anxelo Martino

    29.07.2026 13:43:01

    "Cavab oyununda müdafiəyə çəkilmək niyyətində deyilik" - MOİK-in baş məşqçisi

    29.07.2026 13:17:19

    "Çox keyfiyyətli komandaya uduzduq" - KuPS-un baş məşqçisi

    29.07.2026 12:45:57

    İdmançımız Qahirədə qızıl medal qazandı

    29.07.2026 12:10:13

    I Liqa təmsilçisi yeni transferini açıqladı

    29.07.2026 11:56:18

    "Kəpəz" Qətər klubuna qarşı

    29.07.2026 11:37:55

    Püşk atıldı: "Qarabağ" və "Neftçi"nin rəqibləri bilindi

    29.07.2026 11:01:12

    Dünya çempionatı: Qız güləşçilərimiz mübarizəyə başlayır

    29.07.2026 10:34:20

    UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

    29.07.2026 10:00:45

    Gəncə klubu ABŞ-li baş məşqçiyə tapşırıldı

    28.07.2026 23:42:37

    "Sabah"dan UEFA reytinqinə maksimum töhfə

    28.07.2026 23:13:35
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved