"Neftçi" Miodraq Bojoviçlə bağlı qərarını verib.
Prosport.Az xəbər verir ki, dünən avrokuboklara vəsiqə qazana bilməyən paytaxt təmsilçisi monteneqrolu mütəxəssislə yollarını ayırıb.
Onunla başa çatan müqavilə yenilənməyib. "Neftçi" Bojoviçə təşəkker edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Miodraq Bojoviç yanvarda rumıniyalı Adrian Mutunun gedişindən sonra "Neftçi"də baş məşqçi postuna dəvət edilmişdi.

