Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İşlərimlə bağlı mükafatlandırmada iştirak edə bilməyəcəyəm" – Tahir Gözəl
    25.05.2024 11:28:09

    "Titulumuzu növbəti dəfə qorumaq, Avropada yeni tarixlər yazmaq üçün mübarizə aparacağıq".

    Prosport.Az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl klubun rəsmi saytına açıqlamasında deyib.

    Funksioner komandanı ardıcıl 3-cü, ümumilikdə 11-ci dəfə Azərbaycan çempionu olması münasibəti ilə təbrik edib: “Daha bir möhtəşəm mövsümə şahid olduq. Azərbaycan xalqı, bütün dünya Avropada mükəmməl bir “Qarabağ” izlədi. “Ardıcıl 10-cu dəfə avrokubokların qrupunda mübarizə aparan komandamız pley-offda Portuqaliyanın tanınmış “Braqa” klubunu məğlub etdi, Avropada heç kimə uduzmayan “Bayer 04”ün seriyasını qırmağa yaxın oldu. Almaniya təmsilçisinin baş məşqçisi və futbolçuları komandamızla qarşılaşmaların çox çətin keçdiyini dəfələrlə vurğuladı. Bu uğurların ardınca “Qarabağ” Premyer Liqada ardıcıl 3-cü, tarixində 11-ci çempionluğunu qazandı. Sabah komandamıza növbəti qızıl medallar təqdim olunacaq. Vacib, təxirəsalınmaz işlərimlə bağlı komandamızın mükafatlandırma mərasimində iştirak edə bilməyəcəyəm. Amma ürəyim komandamızın yanında olacaq. Bu dəfə qızıl medalları sona 8 tur qalmış təmin etdik ki, bu da yeni rekord oldu. Hətta Avropada, dünyada belə erkən çempionluq tituluna yiyələnən komandalar çox az olub. Lakin buna baxmayaraq, uğur heç də asanlıqla əldə edilmədi".

    T.Gözəl hər komandanın onlardan xal almağa çalışdığını bildirib: “Qarabağ” Avropada tarix yazdıqca Azərbaycan çempionatında hər komandanın bizə qarşı motivasiyası artır. Bu da bizi sevindirir. Yerli klubların bizə rəqabət yaratmağa çalışması “Qarabağ”ı Avropaya daha yaxşı hazırlayır və çempionatın səviyyəsinin qalxmasına təkan verir. Heç kim düşünməsin ki, Premyer Liqadakı rəqiblərimiz zəifdir, əksinə, onlar güclüdürlər, amma onların qarşısında daha da güclü, Avropa təcrübəsinə malik "Qarabağ" var. Bütün bu uğurlar bizim "Qarabağ"da yaratdığımız birlik ruhunun nəticəsidir. Klubun rəhbərliyindən, baş məşqçisindən sıravi işçisinə kimi hamının arasında böyük mənəvi birlik var. Rekord sayda 11-ci çempionluq münasibətilə başda məşqçilər heyəti olmaqla, futbolçularımı, klubumuzda çalışan hər kəsi, ürəyi “Qarabağ”la döyünən bütün azarkeşlərimizi təbrik edirəm”.

    Klub prezidenti növbəti hədəflərə də toxunub: “Əldə olunan nəticələr “Qarabağ”ın dünya və Avropa reytinqlərində yüksəlməsinə də əsas verib. Komandamız Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının dünya reytinqində 48-ci yerdədir ki, on minlərlə klub bu siyahida yer almaq üçün mübarizə aparır. Çempionluq kubokunu doğma “Azersun Arena”da aldıqdan sonra bizi kubok uğrunda final qarşılaşması gözləyir. Həmin oyunda iştirak edəcəyəm. Görüşü səbirsizliklə və həyəcanla gözləyirəm. “Zirə” çox güclü komandadır və Rəşad Sadıqov mükəmməl heyət formalaşdırıb. Amma biz də daha bir titul qazanmağa, mövsümü “Qızıl dubl”la tamamlanmağa çalışacağıq. Ardınca isə yeni mövsümə böyük motivasiya, böyük ümid və inamla hazırlaşacağıq. Titulumuzu növbəti dəfə qorumaq, Avropada yeni tarixlər yazmaq üçün mübarizə aparacağıq. İllərdir ki, Qarabağ adını Avropada qürurla daşıyırıq və artıq Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan əsgərinin böyük zəfəri sayəsində azad Qarabağı təmsil edirik. “Qarabağ” adının, klubun Azərbaycan üçün mənəvi cəhətdən necə önəm daşıdığını anlayırıq və bilirik ki, “Qarabağ” futbol klubu olaraq, missiyamız bununla bitmir. Bundan sonra da Qarabağın adını Avropada layiqincə təmsil etməliyik. Mənim üçün əsas olan klubumuzun 1 illik uğuru deyil, davamlı nəticələrdir və komandamıza inamım sonsuzdur”.

    Qeyd edək ki, Premyer Liqanın XXXVI turunda sabah keçiriləcək “Araz-Naxçıvan” – “Qarabağ” matçından sonra Ağdam klubuna qızıl medallar və çempionluq kuboku təqdim olunacaq.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved