Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Prosport.Az xəbər verir ki, idmançımız həlledici görüşdə Türkiyə təmsilçisi Elvira Kamaloğluna qalib gələrək fəxri kürüsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu gün həmçinin digər güləşçilərimizdən Elnurə Məmmədova (53 kq) yarışı Ukrayna təmsilçisi Liliya Malançuka uduzaraq gümüş medalla kifayətlənib. Mərziyə Sadıqova (72 kq) isə bürünc medal uğrunda mübarizədə Bükrenaz Sərtə (Türkiyə) uduzaraq medalsız qalıb.

