“Qarabağ”ın qapıçısı Andrey Lunyovun Rusiyanın “Spartak” (Moskva) komandasına transferinin alınmamasının səbəbi bəlli olub.
Prosport.Az xəbər verir ki, bu barədə rusiyalı qolkiperin keçmiş meneceri Anton Smirnov açıqlama verib.
Onun sözlərinə görə, Moskva təmsilçisi qış transfer dövründə rusiyalı oyunçu ilə maraqlansa da, klubun idman direktoru Tomas Amaral A.Lunyovun yaşına görə bu keçiddən imtina edib. O, komandaya daha gənc qapıçının alınmasını istəyib.
Qeyd edək ki, Andrey Lunyov bu mövsüm “Qarabağ”ın heyətində 32 matçda meydanda olub. 33 yaşlı qolkiper 10 görüşdə qapısını toxunulmaz saxlaya bilib.

