Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Mağara təfəkkürü ilə yanaşma geridə qalmalıdır" – "Araz Saatlı"nın prezidenti
    24.05.2024 18:28:12

    I Liqadada debüt edən, lakin 13 xalla sonuncu – 10-cu olan "Araz Saatlı" klubunun prezidenti Ədalət Abdullayevin Prosport.Az saytına müsahibəsi

    – Son turda I Liqanın qalibi "Şamaxı"ya qarşı hücum futbolu nümayiş etdirdiniz. Öncəki tur çempionluğa oynayan "İmişli"ni məğlub etdiniz. Amma ümumilikdə çempionatda sonuncu oldunuz. Mövsümü necə dəyərləndirirsiniz?
    – İlk mövsüm bizim üçün ağır oldu. İdman prinsiplərinə riayət olunması, minimum da olsa lisenziya şərtlərinə cavab verməyimiz I Liqada çıxış etməyimizə səbəb oldu. Bu 1 il ərzində peşəkarlaşdıq. Yaxşı təcrübə toplaya bildik. 1 Kubok matçı da daxil olmaqla, 28 oyun keçirdik. 4 qələbə qazanıb, 1 heç-heçə etdik. Düşünmürəm ki, pis mövsüm keçirdik. Təcrübə qazanmağımız baxımdan yaxşı mövsüm alındı.

    – Düşünmürsünüz ki, I Liqada çıxış etməkdə tələsdiniz?
    – Açığı, heç vaxt o haqda düşünməmişik. Bəlkə də II Liqada çıxış etsəydik, daha səmərəli olardı. Bəzi şeylər var ki, danışmaq alınmır. Rayon şəraitində klub saxlamaq çox çətindir. Bizim aylıq 1000 manat təklif etdiyimiz futbolçu 500 manata paytaxt klubunda oynamağı daha üstün tuturdu. Saatlıq kiçik rayondur, peşəkar futbol ənənələri yoxdur. Ona görə də keyfiyyətli futbolçu cəlb etmək çətin idi. Biz daha çox bundan əziyyət çəkdik. Sponsorumuz yoxdur ki, futbolçulara böyük məbləğlər təklif edək. Son 2 ayda yeni bazada işlər görülür. Saatlıda bir hoteldən baza olaraq istifadə edəcəyik. Orada bizim 35x75 ölçüdə məşq meydançamız, 7-8 nəfərin qala biləcəyi kotteclər olacaq. Klubun ofisi də orada yerləşəcək. Oyunlarımızı isə növbəti mövsümdən də Saatlı Olimpiya İdman Kompleksində keçirəcəyik.

    – Bizim klub rəhbərliklərində belə bir psixologiya var. Klub aşağı diviziona düşdüsə, dağılmağa məhkumdur. Sizin sözünüzdən belə anlaşılır ki, hətta komanda II Liqada da mübarizəni davam etdirəcək...
    – Əlbəttə. Bu sualı "Qəbələ"nin idman direktoru Səbuhi Səfiyarlıya da çox verirlər. Məncə, 90-cı illər və 2000-ci illərin əvvəllərindəki mağara təfəkkürü ilə yanaşma artıq geridə qalmalıdır. Bu, faciə deyil və nə də son deyil. II Liqa var, orada davam edəcəyik (müsahibə bu gün PFL-in pley-off oyunları ilə bağlı məlum açıqlamasından öncə götürülüb – red.).

    – Kluba öz maliyyə imkanlarınızdan başqa kim kömək edir?
    – AFFA-dan ayrılan dotasiya hesabına klubu saxlayırıq. Saatlıdakı pambıq zavodu kiçik də olsa kömək edir. Rayon icra hakimiyyətinin başçısı cənab Elmir Bağırov dəstək olur, onun davamlı diqqətini hiss edirik. İş adamı Mircavan Kazımov (sabiq prokurordur – red.) isə öz hotelini baza kimi istifadə etmək üçün bizə verib.

    Səbuhi Musa

    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Müsahibə

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Müsahibə

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Futbol

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Futbol

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved