İspaniyanın "Barselona" klubu mövsümün sonunda baş məşqçisi Şavi Ernandeslə yollarını ayıracaq.
Prosport.Az xəbər verir ki, klub prezidenti Joan Laporta mütəxəssisə 2024/2025 mövsümündə əsas komandanın baş məşqçisi olmayacağını bildirib.
Qeyd edək ki, Şavi mayın 26-da "Sevilya" ilə səfər matçından sonra postunu tərk edəcək.

