Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "I Liqada bəyəndiyim futbolçuları baxışa çağıracağıq" – Ramiz Məmmədov
    23.05.2024 15:29:11

    "Şamaxı"nı I Liqada çempion edən baş məşqçi Ramiz Məmmədovun Prosport.Az saytına müsahibəsi 

    – Qaliblər mühakimə olunmur. Lakin son turda "Araz Saatlı"nın qolundan sonra sanki komandanızda psixoloji təzyiq yarandı...
    – Öncə klubumuzu təbrik edirəm. Futbolçularıma təşəkkürümü bildirirəm. Verdiyimiz tapşırıqları düzgün yerinə yetirdilər. Komandada arxayınlıq yox idi. Dəfələrlə demişəm ki, 2-ci dövrədən sonra zəif komanda yoxdur. Bunu da bilirdik. "Araz Saatlı" ilə matç dediklərimin ən bariz nümunəsi oldu. Oyunun gərginliyini gördünüz. “Araz Saatlı”ya təşəkkür edirəm ki, sona qədər intriqanı qorudu, mübarizə apardı. Qələbə komandanın 1 ildə çəkdiyi əziyyətin bəhrəsidir. Komandada arxayınlıq var idi ki, bu matçda qələbə qazanacağıq. 1:0 da olsa, 3:1 də olsa, qələbə əldə etməliydik. Buna inanırdıq.

    – Baş məşqçi kimi Premyer Liqada sonuncu dəfə "Keşlə" ilə olmuşdunuz. Yenidən Premyer Liqada ola bilərsiniz. Bu barədə təəssüratınız necədir?
    – Mənim üçün bir o qədər də fərqi yoxdur. Bilirsiniz ki, yetərincə təcrübəmiz var. “Şamaxı”nın Premyer Liqadan düşüb, yenidən elitaya qalxması mənim üçün daha önəmli idı. Futbolsevərlərin xoşbəxt olması mənim üçün daha vacib idi.

    – “Qəbələ”nin qurucularından biri olmusunuz. Hazırda da “Şamaxı” elə məhz “Qəbələ”ni əvəzləyəcək. Bu haqda düşüncələriniz maraqlıdır...
    – “Qəbələ” həm sevimli klublarımızdan biridir, həm də sevdiyimiz şəhərlərdən birini təmsil edir. İnanıram ki, onlar da bizim kimi yenidən elitaya yüksələcək. Komandaya uğurlar arzulayıram.

    – Fasilədə “Mingəçevir” – “Qaradağ Lökbatan” matçının hesabına nəzər yetirdinizmi?
    – Tam səmimi deyəcəyəm. Bunu bütün klub işçiləri təsdiqləyər ki, heç bir rəqibin matçını izləməmişəm. Bunun mənim üçün önəmi yoxdur. Mənə yalnız öz komandamın çıxışı maraqlıdır.

    – “Şamaxı”nın yerli futbolçularla oynamaq prinsipinə hamımız bələdik. Premyer Liqada hədəf yenə eyni olacaq?
    – İlk gündən klub rəhbərliyinin strategiyası azərbaycanlı futbolçuların inkişafı olub. Bu haqda yenə də düşünəcəyik. Rəhbərliklə yenidən danışıqlar aparacağıq. Məlumat olan kimi sizinlə bölüşəcəyik.

    – I Liqada elə bir futbolçu var ki, özünüzlə Premyer Liqaya aparmağı planlaşdırırsınız?
    – Elə futbolçu çoxdur. Ad çəkməyə ehtiyac yoxdur. Hər birini baxışa çağıracağıq.

    – Sizin aqibətiniz necə olacaq? Komandada qalacaqsınız, yoxsa başqaları kimi aşağı liqada əziyyət çəkib, Premyer Liqada “Şamaxı”nı tərk etməli olacaqsınız?
    – Sağlıq olsun. Yaşayıb görəcəyik. Bütün fikirlərə hörmətlə yanaşıram. Əsas odur ki, “Şamaxı” Premyer Liqada olsun. Qalan şeyləri görəcəyik.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved