"Qarabağ"ın əlcəzairli yarımmüdafiəçisi Yasin Benzia karyerasını vətənində davam etdirə bilər.
Prosport.Az xəbər verir ki, futbolçu "MC Alger" komandasının maraq dairəsinə düşüb.
Lakin yarımmüdafiəçinin millidəki uğurlu çıxışı klubu çətin vəziyyətdə qoyur. Belə ki, rəhbərlik Benzianı razı salmaq üçün maliyyə şərtlərini daha da yaxşılaşdırmalıdır.
Çünki təcrübəli oyunçunun transfer qiyməti artıb və o hələ Avropada oynamaq istəyir.
Yaxın vaxtlarda “MC Alger” “Qarabağ”ın legionerinə müqavilə təklif edəcək.