Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirəcəyi oyunların hakimləri açıqlanıb.
Prosport.Az xəbər verir ki, mayın 31-də Ərzincanda baş tutacaq görüşü Fransa, iyunun 4-də Bakıda keçiriləcək qarşılaşmanı isə Danimarkadan olan hakimlər briqadası idarə edəcək.
31 may
21:00. Türkiyə - Azərbaycan
Baş hakim: Aleksandra Kollin
Baş hakimin köməkçiləri: Elodie Koppola, Klotilde Brassar
Dördüncü hakim: Klemens Qonçalves
(Hakimlər briqadası Fransadandır)
“Ərzincan 13 Şubat” stadionu
4 iyun
19:00. Azərbaycan - Türkiyə
Baş hakim: Nanna Löf Andersen
Baş hakimin köməkçiləri: Sidsel Rasmussen, Anna Kyaer Şmidt
Dördüncü hakim: Frida Klarlund
(Hakimlər briqadası Danimarkadandır)
“Liv Bona Dea Arena”

