Qətər toplanışında olan “Qarabağ” Akademiyasının komandaları yoldaşlıq oyunları keçirib.
Prosport.Az xəbər verir ki, U-15 və U-17 “Aspire Academy Friendly Series” çərçivəsində matçlarda qüvvəsini sınayıb.
Təmsilçilərimiz “Aspire”nin müvafiq yaş qrupu üzrə komandaları ilə görüşüb. U-17-nin qarşılaşmalarında Asiya təmsilçisi 2:0 və 4:2 hesabı ilə qalib gəlib. Komandanın heyətində qolları Elgün İsaqov və Həbib Qədimov vurub.
U-15 ilk görüşdə heç-heçə edib – 1:1. “Qarabağ”ın qoluna Onur Əliyev imza atıb. 2-ci matçda Qətər kollektivi qalib gəlib – 2:1. “Qarabağ”ın heyətində Polad Hüseynov fərqlənib.
