Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "I Liqada hədəfimiz minimum ilk "3-lük" olacaq" – "Baku Sportinq"in rəhbəri
    22.05.2024 11:30:55

    II Liqanın ilk çempionu "Baku Sportinq" klubunun icraçı direktoru Hüseyn Rzayevin Prosport.Az saytına müsahibəsi

    – Çempion oldunuz. Əvvəldən qarşınıza II Liqanın çempionluğu qoyulmuşdu, yoxsa mövsümün gedişatında bu məqsəd formalaşdı?
    – Əvvəla, yeni yaradılmış çempionatda qalib olmaq qürurverici haldır. Hədəf ilk gündən 1-ci yer olub. Bunun üçün də bütün işlərimizi – istər büdcə, istərsə də infrastruktur baxımından bu yöndə qurmuşduq.

    – Baş məşqçi Elman Sultanovla yola davam edəcəksiniz?
    – Əlbəttə. Onunla 5 illik müqavilə bağlamışıq. Hələ 4 ili qalıb.

    – I Liqada iddialı çıxış üçün artıq daha çox büdcə tələb olunur. Bunun üçün hansısa sponsorların cəlb olunması mümkündür?
    – Düzgün vurğuladınız. I Liqa komandaların maliyyəsi baxımından tam fərqli çempionatdır. Hazırda büdcənin artırılması ilə bağlı işlər gedir. II Liqaya yetər dərəcədə 2-3 sponsorumuz var. I Liqada rəqabətədavamlı çıxış etmək üçün bizimlə eyni düşüncə tərzində olan sponsorlar tapmaq istəyirik.

    – I Liqada hədəf nə olacaq?
    – Məncə, hazırda bu haqda danışmaq tezdir. İstənilən halda, hədəfimiz minimum ilk "3-lük"də yer tutmaq olacaq. Əlbəttə ki, yüksək yer uğrunda mübarizə aparacağıq. Başqa variant ola bilməz.

    – Buzovna qəsəbə stadionunu təmir etdirdiyinizi bilirik. Komanda növbəti mövsüm orada oynaya biləcək, yoxsa yenə Binə qəsəbə stadionundan yararlanacaq?
    – Dövlət-özəl tərəfdaşlıq layihəsi çərçivəsində biz Buzovnadakı stadionun infrastrukturunu tam olaraq dəyişdik. Ancaq PFL-in qarşımıza qoyduğu tələblər var. Biz maksimum çalışacağıq ki, I Liqadakı ev oyunlarımızı orada keçirək. Oradakı işlər demək olar ki, yekunlaşmaq üzrədir. Ancaq bizim öncədən bilmədiyimiz tələblər var. Maliyyə yetərli olsa, həmin tələbləri də yerinə yetirəcəyik.

    – İncələsək, PFL-in o stadionla bağlı tələbləri hansılardır ki?
    – Tablo, dopinq otağı, mətbuat konfransı otağı, soyunub-geyinmə otağı, sanitar qovşaqları ilə bağlı problemlər qalıb. Projektor da quraşdırılmayıb. Ancaq I Liqa üçün projektorun mütləq olması tələbi qoyulmayıb. Orada gündüz də oynamaq mümkündür.

    – Bilirik ki, II Liqa yarımhəvəskar çempionatdır. I Liqaya vəsiqə qazanan klub tam peşəkar olmağa hazırdırmı?
    – Bizim aşağı yaş qrupları üzrə komandalarımız artıq neçə ildir ki, fəaliyyət göstərir. Hətta qız komandalarımız da var. Biz rəhbərlik olaraq peşəkarlaşma yönündə hər şeyi etməyə hazırıq. Komanda kimi peşəkarlıq isə baş məşqçimizə aid olan məsələ olacaq. Komanda, futbolçuların transferi ilə bağlı bütün məsələlər onun səlahiyyətindədir.

    Səbuhi Musa

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved