Polşa mətbuatı LKS klubunda çıxış edən millimizin müdafiəçisi Rahil Məmmədovdan yazıb.
Prosport.Az xəbər verir ki, yerli media bu dəfə də azərbaycanlı futbolçunu tənqid edib:
"Cari mövsümdə yəqin ki, özünüzə çox vacib sual vermisiniz: Rahil Məmmədov haradan gəlib? Əgər bu barədə heç vaxt düşünməmisinizsə, indi tam zamanıdır. Azərbaycanlı oyunçu çox dəqiq uzun ötürmələr verir, amma təəssüf ki, müdafiə olunmağı bilmir. Razılaşın ki, bu, mərkəz müdafiəçisi üçün olduqca qeyri-adi haldır".
Qeyd edək ki, Rahil Məmmədovun formasını geyindiyi LKS Ekstraklasada sonuncu pilləni tutub və yeni mövsümdən aşağı liqada çıxış edəcək.

