Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hakimlər bu il yükü daşıya bilmədi" – Ayxan Abbasov
    17.05.2024 23:57:11

    "Turan Tovuz" Azərbaycan Premyer Liqasının XXXIV  turunda səfərdə "Qarabağ"a 3:4 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, qərb təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Xal qazanmaq istəyirdik. Bilirdik ki, rəqib "Qarabağ"dır, çətin olacaq. İlk hissədə qol epizodlarını dəyərləndirə bilmədik. 2-ci hissəyə yaxşı başladıq, qollar vurduq. Məğlubiyyətə üzülürəm. Çox rahat qollar buraxdıq. Amma yaxşı qollar vurmuşuq. Ən çox qol vuran 2-ci komandayıq. Son 4 tura kimi avrokubok həyəcanı yaşadıq. Gələn mövsüm bunu sona qədər çatdırmaq lazımdır.

    – Rəqibin 4-cü qolundan öncə qayda pozuntusu olduğu görünürdü. Siz necə düşünürsünüz?
    – Məncə də, 100% qayda pozuntusudur. Hakimlikdən danışanda deyirlər ki, baş məşqçi bəhanə axtarır. Hakim dedi ki, VAR-da baxdıq, top Belaydi Pusinin əlinə dəyib. Bundan başqa da bir neçə epizod oldu. Bir tərəfdən xoşdur ki, "Qarabağ"la oyunlarda belə sərt mübarizələrə imkan verirlər. Amma son dəqiqədə belə qol buraxmaq çətindir. II dövrədə hakim səhvləri bizə çox təsir edib. Bu gün tam başqa şeylər ola bilərdi. Bunu  da keçməliyik.

    – Sizcə, hakimliyin səviyyəsi budur, yoxsa hansısa komandalara kömək edirlər?
    – "Komandalara işləyirlər" sözü ağır olar. Amma görünən odur ki, hakimlər bu il yükü daşıya bilmədi. Hamıya aid deyil, yaxşı hakimlərimiz də var. Amma nəticəyə təsir edən səhvlər çox oldu. Onlar da inkişaf etməlidir. Eşitdiyimə görə, çempionatda komanda sayının artmamasının səbəblərindən biri də hakimlərin az olmasıdır. Bu mövqedə də iş getməlidir.

    – Komandadan neçə nəfər gedəcək?
    – Çalışacağıq ki, 4-5 transfer edək. Gedənlərlə bağlı 100% qərar verməmişik. Son oyundan sonra fikirləşəcəyəm. Bir futbolçu var ki, bu gün yaxşı mənada fikrimi dəyişdi. Məşqçilikdə belə şeylər var.

    Futbol

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09
    Futbol

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13
    Futbol

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24
    Futbol

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18
    Futbol

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48
    Futbol

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48

    Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı

    25.11.2026 22:12:57

    ABL: VIII turun oyun cədvəli açıqlandı

    25.11.2026 21:51:13

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19

    Azərbaycanda hakimlərin xidmət haqqı normaları müəyyənləşdi

    25.11.2026 19:49:46

    "Barselona" "Sabah"la oyundan öncə bu xəbərə üzüldü

    25.11.2026 19:14:47

    Samuxda ilk cüdo zalı fəaliyyətə başladı

    25.11.2026 18:46:53

    Dünya çempionatı: FIFA referimizə növbəti təyinat

    25.11.2026 18:14:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved