Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bizə qəhrəmanlıq, çempionluq lazımdır" – Ramiz Məmmədov
    17.05.2024 12:10:31

    "İlk növbədə gərgin, gözəl oyuna görə “Qaradağ-Lökbatan” komandasına təşəkkür edirəm. Hakimlərə, eləcə də yüksək təşkilatçılıqda rolu olan hər bir kəsə minnətdaram. Mənə elə gəlir ki, azarkeşlər bu oyundan zövq ala bildi".

    Prosport.Az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ramiz Məmmədov I Liqanın XXV turunda səfərdə “Qaradağ-Lökbatan”ı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

    Mütəxəssis hesabda önə keçdikdən sonra müdafiəyə çəkilmələrinin səbəbini belə izah edib: “Bizə qəhrəmanlıq, çempionluq lazımdır. Dəfələrlə gözəl oyun sərgiləyib, xal itirdiyimiz matçlar olub. Tarixdə yaxşı və ya pis oyun yox, nəticə qalır”.

    O, hesabda geri düşdükdən sonra fasilədə lazım olan sözləri futbolçularına dediyini bildirib: “Komanda olaraq əvvəldən qələbəyə köklənmişdik. Mən hələ 5-6 tur öncədən demişdim ki, futbolçularıma inanıram, biz lider ola bilərik. Komanda bu gün bir daha xarakterini ortaya qoydu. Biz arxayınlıqdan xallar itirmişik”.

    Maraqlıdır ki, Ramiz Məmmədov kimi, “Qarabağ Lökbatan”ın baş məşqçisi Azər Həşimov da Mingəçevir futbol məktəbinin yetirməsidir və Həşimov "Qəbələ"də onun yetirməsi olub. Məmmədov bildirib ki, bu məqam 2 məşqçi arasında hər hansı rəqabət yaratmayıb: “Azər mənim kiçik qardaşımdır, əzizimdir. Hər zaman öz mərifəti, qanacağı ilə Azərbaycan futbolunda seçilib. Bu gün qardaşlıq öz yerində, futbol öz yerində idi. Azərə də, “Qarabağ Lökbatan”ın rəhbəri Sadıq Sadıqova da uğurlar arzulayıram”.

    “Qaradağ Lökbatan”ı məğlub etdikdən sonra “Şamaxı” sona 1 tur qalmış liderliyi ələ keçirib. Lakin Ramiz Məmmədov bildirib ki, indidən çempionluq barədə düşünmür: “Biz hələ çempion olmamışıq. Bəli, bu, “qızıl oyun” idi. Lakin çempion son turda müəyyənləşəcək”.

    Mütəxəssis son turda qarşılaşacaqları “Araz Saatlı”nın autsayder olmasının heç bir əhəmiyyət kəsb etmədiyini söyləyib: “Turnir cədvəlinə fikir verməmişik. Autsayderlə matça belə liderlə görüşə çıxırmış kimi köklənmişik. Bütün rəqiblərə hörmətlə yanaşmışıq. Çünki çempionatda zəif komanda yoxdur”.

    “Növbəti matçda da bugünkü görüşdəki kimi VAR-ın olmasını istərdiniz?” sualını “Şamaxı”nın çalışdırıcısı belə cavablandırıb: “Olsa, sevinərdik. Lazım gəlsə, bununla bağlı PFL-ə müraciət edəcəyik”.

    Sonda isə Ramiz Məmmədov hələlik rəhbərliklə yeni mövsümlə bağlı müzakirələr aparmadıqlarını vurğulayıb: “Çempionat bitdikdən sonra bu barədə danışacağıq. Biz hələ çempion olmamışıq. Hazırda müvəqqəti olaraq liderliyə yüksəlmişik. Yalnız çempionluqdan sonra rəhbərliklə bu barədə müzakirələr aparmaq olar”.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved