Azərbaycan II Liqasında çıxış edən "Füzuli" klubunda yeni prezident seçilib.
Prosport.Az xəbər verir ki, vakant olan post Museyib Quliyevə tapşırılıb. O, 5 gün öncə öz istəyi ilə istefa verən Rauf Quliyevi əvəzləyib.
Qeyd edək ki, R. Quliyev mövsümün əvvəlində bu vəzifəyə seçilmişdi.

