Türkiyənin “Fənərbağça” və “Beşiktaş” klubları “Qarabağ”ın futbolçusu Leandru Andrade ilə yaxından maraqlanır.
Prosport.Az xəbər verir ki, İstanbul nəhəngləri kabo verdeli hücumameyilli yarımmüdafiəçi üçün Ağdam klubuna təklif göndərib.
İddiaya görə, Azərbaycan çempionu ilk təklifə mənfi cavab verib. “Qarabağ”ın bu keçid üçün Türkiyə klublarından Andradenin müqaviləsində sərbəstqalma məbləği olaraq göstərilən 4 milyon avro tələb etdiyi bildirilib.
25 yaşlı vingerin xidmətində Rusiyanın 3 klubunun da maraqlı olduğu vurğulanıb.
Qeyd edək ki, Leandru Andrade “Qarabağ”a 2022-ci ilin yanvar ayında Bolqarıstanın “Çerno More” klubundan keçib.

