Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bəlkə də Maqsud Adıgözəlova 1 komanda ilə 4 dəfə oynamaq xoşdur" – "İmişli" rəsmisi
    15.05.2024 23:49:15

    "Qaradağ Lökbatan"la oyun son ev matçımız idi. İstədik ki, konsert və lotereya təşkil etməklə azarkeşlərimizə sürpriz edək. İnşallah, növbəti mövsüm də buna bənzər işləri davam etdirəcəyik. Tamaşaçı sayını daha çox gözləyirdik. Nəzərə alaq ki, 9 May – Qələbə Günü idi. Bu ideya özümüzdən gəldi. Çatışmazlıqlarımız var. Bu bizə dərs oldu. Görünür ki, təcrübəsizliyimizdən dolayı, yaxşı komanda qursaq da, çempionluğu əldən verdik".

    Bunu Prosport.Az-a açıqlamasında I Liqa klubu olan "İmişli"nin icraçı direktoru Aqşin Mürsəlov deyib.

    O bu mövsüm komandanın çempion ola bilməməsinin səbəblərindən danışıb: "Futbolçu seçimi, bəzi futbolçuların oyuna düzgün motivasiya ola bilməməsi yersiz xal itkisinə səbəb oldu. Zəif komandalarla oyunlarda arxayınçılıq qızıl xallar itirməyimizlə nəticələndi. Ancaq güclü rəqiblərlə oyunlarda yaxşı oynadıq. "Qaradağ Lökbatan"la hər 2 ev oyunumuzda heç-heçə etdik, yalnız Bakıdakı matçda son dəqiqələrdə top buraxıb uduzduq. Çempionatın sonu olduğundan, hiss olunur ki, futbolçularda yorğunluq var".

    O, AFFA İcraiyyə Komitəsinin üzvü, "Sabah" klubunun prezidenti Maqsud Adıgözəlovun iclasdan öncə "şəxsi fikrim odur ki, hələlik Premyer Liqada 10 komanda qalmalıdır" fikrinə münasibət bildirib: "Onun 10 komanda ilə Premyer Liqa keçirilməsi fikrini oxumuşdum. Bəlkə də Maqsud bəyə 1 komanda ilə 4 dəfə oynamaq xoşdur. Kubokda da düşəndə 1 komanda ilə 6 dəfə oynayırsan. Ancaq bu çox yorucudur. Düşünmürəm ki, "Sumqayıt" istisna olmaqla, Premyer Liqa klublarında bu qədər azarkeş olsun. Bu baxımdan komandanın sayının artırılmasını zəruri hesab edirdim. İcraiyyə Komitəsində I Liqa klublarının da taleyi həll olunursa, bizdən də nümayəndə orada təmsil olunmalı idi. Orada ancaq Premyer Liqa klubları təmsil olunur. PFL-in texniki-idman direktoru Elgiz Abbasova da bu barədə iradımızı bildirmişik".

    İmişli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin də direktoru işləyən Aqşin Mürsəlov bildirib ki, Premyer Liqada komanda sayının artırılmaması klubda narazılıqla qarşılanıb: "Biz futbolumuzun inkişafı üçün müsbət qərarların çıxarılacağını gözləyirdik. AFFA İcraiyyə Komitəsinin üzvlərindən olan Qurban Qurbanov da bildirmişdi ki, futbolumuzu inkişaf etdirmək istəyiriksə, bölgə komandalarına şərait yaratmalıyıq. Ancaq təəssüf ki, İcraiyyə Komitəsinin son qərarı ümidlərimizi doğrultmadı. Bu qərarlar əvvəlki AFFA rəhbərliyinin vaxtında verilən qərarlardan heç nə ilə fərqlənmədi".

    Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi 2 gün əvvəl Premyer Liqada komanda sayının artmayacağını bildirib. Sona 2 tur qalmış 47 xalı olan "İmişli"nin isə çempion ola bilməyəcəyi dəqiqləşib.

    Səbuhi Musa

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved