Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov (63 kq) idmançı karyerasını başa vurub.
Prosport.Az xəbər verir ki, o bundan sonra fəaliyyətini məşqçi kimi davam etdirəcək.
Qeyd edək ki, 34 yaşlı Taleh Məmmədov dünya 3-cüsü və dördqat Avropa mükafatçısıdır. O, 3 dəfə (2021, 2022, 2023) Avropa çempionatının finalında qızıl medalı əlindən qaçırıb.

