Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    Olimpiya mükafatçımızın Avropa çempionatını buraxma səbəbi bilindi – Ana olacaq
    14.05.2024 18:06:51

    Karate üzrə olimpiya mükafatçısı, üçqat dünya və ikiqat Avropa çempionu İrina Zaretskayanın Xorvatiyanın Zadar şəhərində keçirilmiş qitə çempionatını buraxmasının səbəbi bəlli olub.

    Bu barədə Prosport.Az-a Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov bildirib.

    "İrina analıq məzuniyyətindədir, övladı dünyaya gələcək. Karate millimizdən 2025-ci ildə keçiriləcək dünya çempionatı və Dünya Oyunlarına vəsiqə qazanan hələ ki yeganə idmançımızdır. O, avqustdan hazırlıqlara başlayacaq".

    Qeyd edək ki, kişi kumite millimizdə də dünya mükafatçısı, Avropa çempionu Tural Ağalarzadə (67 kq) və ikiqat dünya mükafatçısı, Avropa çempionu Asiman Qurbanlı (+84 kq) zədəli olduğu üçün mötəbər yarışa qatıla bilməyib. Nəticədə kişi kumite millimiz finalçı Yunanıstana 2:3 və bürünc medalçı Fransaya 0:3 uduzaraq həm mükafatsız qalıb, həm də bu il ilk dəfə İspaniyanın Pamplona şəhərində keçiriləcək komandalararası dünya çempionatına (22-24 noyabr) lisenziya qazana bilməyib.

    Lider İrina Zaretskayasız (68 kq) qalmış qadın kumite millimiz isə 2-ci görüşündə bürünc medalçı Türkiyəyə 0:2 uduzaraq dünya çempionatında iştirak hüququnu itirib.

    Yalnız kişi kata millimiz dünya çempionatında iştirak edə biləcək. Buna səbəb Rövşən Əliyev, İsmayıl Quliyev, Həsənəli Həsənov və Roman Heydərovdan ibarət millimizin ilk "5-liy"ə düşməsidir. Baş məşqçi Vahid Ayvazovsuz yarışa yollanmış komandamız Avropa çempionu Türkiyəyə uduzsa da, təsəlliverici yarışda Şimali Makedoniya və 3-cü yer uğrunda görüşdə Monteneqroya qalib gələrək bürünc medal qazanıb. Bu, kata millimizin tarixdə ən böyük uğurudur. Bunadək Roman Heydərov 4 dəfə Avropa çempionatının bürünc medalını qazansa da, ilk dəfə komanda şəklində də buna nail olub.

    Yeri gəlmişkən, kişi kumite millimiz və debütant Hüseyn Məmmədlinin (67 kq) bürünc medalı sayəsində Azərbaycan yarışı 18-ci sırada bitirib. Müqayisə üçün bildirək ki, ötən il İspaniyanın Qvadalaxara şəhərində keçirilmiş Avropa çempionatını millimiz 9-cu sırada (2 gümüş, 2 bürünc medal) tamamlamışdı.

    18 ölkənin iştirak etdiyi parakarate üzrə Avropa çempionatında daha uğurlu çıxış etmişik. Azərbaycan 1 qızıl və 3 gümüş medalla İtaliyadan (2-0-2) sonra 2-ci yeri tutub (ötən il də 1 qızıl, 2 gümüş və 1 bürünc medalla 2-ci olmuşduq). Belə ki, əlil arabasında olan kata parakarateçilərinin yarışında (K-30) I Qarabağ Müharibəsi qazisi Eldar Əhmədov ötən il finalda uduzmuşdusa, bu dəfə həlledici görüşdə II Qarabağ Müharibəsi qazisi Vidadi Xaliqovu məğlub edib. Görmə məhdudlu (K-10) kata parakarateçilərimizdən Nihat Məmmədzadə yenə gümüş medalla kifayətlənib. O, Noan Düdona (Fransa) finalda uduzub. Son dünya çempionumuz Emiliya Mitlinova ötən il Avropa çempionatının finalında məğlub etdiyi Benedetta Belottiyə (İtaliya) bu dəfə uduzmaqla gümüş medala razılaşmalı olub.

    Səbuhi Musa

    View this post on Instagram

    A post shared by ᴢᴀʀᴇᴛsᴋᴀ ɪʀɪɴᴀ (@irinazaretska_)

    Döyüş növləri

    Dənizkənarı ərazidə karate seminarı keçirilib – FOTOLAR

    29.08.2026 15:52:07
    Döyüş növləri

    Karateçilərimiz İstanbuldan 2 medalla qayıdır - FOTOLAR

    22.08.2026 18:50:23
    Karate

    Gəncədə “Olimpiya Ümidləri” beynəlxalq karate turniri keçirilib – FOTOLAR

    19.07.2026 21:46:08
    Döyüş növləri

    Rafael Ağayevə ağır itki: atası dünyasını dəyişdi – FOTO

    13.07.2026 14:52:11
    Karate

    Daha bir beynəlxalq turnir Bakıda keçiriləcək – Rafael Ağayev döyüşəcək

    7.07.2026 09:01:47
    Karate

    Azərbaycan Karate Federasiyasında yeni təyinat

    25.06.2026 19:47:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved