Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    AFFA İcraiyyə Komitəsinin qərarları açıqlandı
    13.05.2024 23:43:53

    AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

    Prosport.Az xəbər verir ki, iclasa sədrlik edən AFFA-nın prezidenti Rövşən Nəcəf qarşıya qoyulan vəzifələrdən və onların icrası istiqamətində görüləcək işlərdən bəhs edib.

    İcraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib.

    Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

    İclasda əvvəlcə AFFA-nın gələcək illər üzrə inkişaf strategiyasının hazırlanmasının vacibliyi vurğulanaraq, əsas hədəflər müəyyənləşdirilib.

    Bu xüsusda strategiyanın əsas hədəfləri peşəkar və uşaq futbolunun infrastrukturunun təkmilləşdirilməsi, futbola marağın və kütləviliyin artırılması, müxtəlif sahələr üzrə futbol mütəxəssislərinin inkişaf etdirilməsi, regionlarda futbolun və uşaq futbolunun inkişafının dəstəklənməsi, maliyyə məsələlərinin həlli və inklüzivliyin təmini istiqamətlərini əhatə edir.

    Müəyyən edilmiş hədəflər üzrə strategiyanın hazırlanması üçün sahə üzrə xarici şirkətlərin və mütəxəssislərin təcrübələrindən faydalanmaq imkanları nəzərdən keçirilib.

    Sonra iclasda Azərbaycan Premyer Liqasında komanda sayının artırılması məsələsi müzakirəyə çıxarılıb. Toplantıda idman prinsiplərinin qorunmasının vacibliyi vurğulanıb.

    Hazırkı mərhələdə klubların sayını olduğu kimi saxlayaraq, qəbul olunacaq strategiyaya uyğunlaşdırılaraq gələcəkdə əlavə məlumat verməklə klubların sayının mərhələli şəkildə artırılması istiqamətində işlərin davam etdirilməsi məqsədəuyğun hesab olunub.

    İcraiyyə Komitəsində qərara alınıb ki, akademiya və infrastrukturun fəaliyyətinin hazırkı şərtlərlə davam etdirilməsi üçün “Qəbələ” klubuna növbəti mövsümdə dəstək göstərilsin. AFFA bir ay ərzində bu istiqamətdə “Qəbələ” klubu ilə intensiv işləyəcək və İcraiyyə Komitəsinin növbəti iclasına qədər təkliflər təsdiq üçün təqdim olunacaq.

    İcraiyyə Komitəsi, həmçinin Premyer Liqada 2024/2025-ci illər mövsümündə tətbiq olunacaq legioner limitini müzakirə edib. Hazırkı 7+4 limitinin qüvvədə qalması qərara alınıb. 2025/2026-cı illər mövsümündə legioner limiti 8+3 olacaq. 2026/2027-ci illər mövsümündən öncə isə qəbul olunacaq strategiyaya uyğunlaşdırılaraq legioner limitinə bir daha baxılacaq.

    2024-cü il üçün AFFA-nın büdcəsinə dair məsələlər də müzakirə edilib. İcraiyyə Komitəsinin üzvləri müvafiq qeydlərini və fikirlərini bildiriblər. Növbəti iclasa qədər müvafiq düzəlişlər edilərək, təsdiq üçün təqdim olunması qərara alınıb.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved