Azərbaycan Premyer Liqasında XXXVI turun “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan sonra mükafatlandırma mərasimi keçiriləcək.
Prosport.Az xəbər verir ki, mayın 26-da “Azersun Arena”da baş tutacaq tədbirdə cari mövsümün çempionu “Qarabağ” klubuna medallar və çempionluq kuboku təqdim ediləcək.
Həmçinin turnirin bombardirinə mükafatlar veriləcək.

