Serbiyanın Novi Sad şəhərində keçirilən gənclər və yeniyetmələr arasında Avropa çempionatı başa çatıb.
Prosport.Az-ın xəbərinə görə, gənclər 3 medal (2 gümüş və 1 bürünc), yeniyetmələr isə 4 medal (4 bürünc) qazanıb.
Gənclərdə Nicat Rəhimov (64 kq), Xudabaxış Əliyev (71 kq) gümüş və Pünhan Göyüşov (79 kq) bürünc, yeniyetmələrdə İsmayıl Əlipənahov (53 kq), Nicat Süleymanlı (64 kq), Roman Qarayev (79 kq) və Hacbaba İmaməliyev (+98 kq) bürünc medal əldə edib.
Beləliklə, Azərbaycanın sambo milliləri Avropa çempionatında 10 medal (1 qızıl, 2 gümüş, 7 bürünc) qazanıb. Xatırladaq ki, daha əvvəl böyüklərdən Elvin Bağırov (64 kq) qızıl, Nicat Məmmədli (58 kq) və Rəsul Aydəmirov (98 kq) bürünc medalı boynundan asdırmışdı.

