Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Azərbaycanda stimullaşdırmaya icazə verilir?" - "Sabah"ın baş məşqçisi
    12.05.2024 19:58:40

    "Qəbələ"ni təbrik edirəm. Bizdən yaxşı oynadılar, qalib gəldilər. Birinci hissədə öz səviyyəmizdə çıxış etmədik, pis oynadıq, çox top itirdik. Meydançada oyunçular arasında kommunikasiya yaxşı olmalıdır. İkinci toplara daha yaxşı reaksiya verməliyik. Rəqibə yaxşı təzyiq etdik, onlar bundan necə çıxmalı olduqlarını bilmirdilər. Bura üç xal üçün gəlmişdik. Əfsuslar olsun ki, çox səhv etdik və belə alındı. İkinci hissəyə yaxşı başladıq, amma qırmızı vərəqədən sonra çox çətin idi. 10 nəfərlə oynamaq asan deyil".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Premyer Liqanın XXXIV turunun "Qəbələ" ilə oyunundan (0:2) sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb. 

    - Autsayderə məğlub oldunuz. Demək olar ki, komandanı psixoloji olaraq oyuna hazırlaya bilməmişdiniz?

    - Xeyr, sizinlə razı deyiləm. Yeddi gün ərzində oyunçularımı xəbərdar etmişdim ki, "Qəbələ" çox yaxşı komandadır. Baxmayaraq ki, sonuncu pillədədirlər, onlar sadəcə, digər rəqiblərlə müqayisədə şanslarından istifadə edə bilməyiblər. İlk yarıda rəqibə yaxşı təzyiq edirdik. Bu da onu göstərir ki, psixoloji cəhətdən yaxşı hazırlaşmışdıq. Əfsuslar olsun ki, kobud səhvlər etdik və uduzduq. Həyat davam edir. Ardıcıl dörd oyunda qalib gəlmişdik, amma bu oyunda uduzduq. Qarşıdakı matçlara hazırlaşmalıyıq.

    - Davit Volkov qışda "Zirə"yə keçə bilərdi, amma alınmadı. Lakin gözlənilən budur ki, o, yayda həmin komandaya keçəcək. "Zirə" isə "Sabah"ın avrokuboklar uğrunda mübarizədə əsas rəqibidir. Burada hansısa əlaqə görürsünüz?

    - Bizimlə iyuna qədər müqaviləsi var. 15-20 gündən sonra nə olacağını deyə bilmərəm. Volkov komandanı meydanda 10 nəfərlə qoymaqla böyük səhv etdi.

    - Onu cəzalandıracaqsınız?

    - O, özü-özünü cəzalandırdı. Çünki qarşıda iki oyun var və həmin matçlarda iştirak etməyəcək.

    - Qarşıda əsas rəqiblərinizlə oyunlarınız var. Komandanı psixoloji sarıdan necə toparlayacaqsınız?

    - İdmanda bəzən qalib gəlirsən, bəzən uduzursan. Bizim üçün psixoloji problem olmayacaq. Dörd oyunda qalib gəlmişdik. "Qarabağ"ı məğlub edəndə də "Real" deyildik. İndi uduzmuşuqsa, o demək deyil ki, ikinci liqa səviyyəsində hansısa komandayıq. Xüsusi məqsədlərimiz var və onlara çatmaq üçün çalışmalıyıq.

    - Son vaxtlar stimullaşdırma məsələsi gündəmdədir. Xüsusən də avrokuboklar uğrunda mübarizə aparan klubların burada aktiv olduğu bildirilir. Məsələn, "Araz-Naxçıvan" "Zirə"ni məğlub etdi, "Kəpəz" "Sumqayıt"dan xal aldı, bu gün isə "Qəbələ" "Sabah"a qalib gəldi. Ümumiyyətlə, stimullaşdırma məsələsinə normal yanaşırsınız, yoxsa qeyri-peşəkarlıqdır?

    - Dünyanın çox yerində stimullaşdırma var. Amma bilmirəm, Azərbaycanda buna icazə verilir? Digər komandalara deyə bilmərəm ki, o biri klubları stimullaşdırmayın. Bu haqda nəsə deməyim doğru olmaz. 

    - Birinci Liqaya düşən "Qəbələ"nin infrastrukturu haqda nə düşünürsünüz?

    - Həqiqətən də çox təəccübləndim. Çoxlu meydançalar var. Əsas meydançanın səviyyəsi çox yaxşı idi. Bəlkə də Azərbaycanda ən yaxşı futbol infrastrukturuna malik komanda "Qəbələ"dir.

    - Maraqlıdır, niyə bu gün kapitanlıq öncə Ayaz Quliyevdə, daha sonra Cessi Sekidikada oldu?

    - Bu, mənim seçimimdir. Ayaz və Cessi kapitanlıq sarğısını daşımağa layiqdirlər. Çünki məşqlərdə, oyunlarda 100 faizi meydana ortaya qoyurlar. Demirəm ki, Tellur Mütəllimov layiq deyil. Sadəcə, bu dəfə qərar verdim ki, kapitanlıq sarğısı Cessiyə həvalə olunsun.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved