Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bəzi oyunçularla yüngül danışıqlara başlamışıq" - Qurban Qurbanov
    11.05.2024 22:27:15

    "Qarabağ" Azərbaycan Premyer Liqasının XXXIV turunda səfərdə "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Bu gün bərk komandaya qarşı oynayırdıq. Hansı ki, meydanda yaxşı mübarizə aparırdılar. Birəbir mübarizələri uduzmayan rəqibə qarşı oynadıq. Qələbə olsa da, asan deyildi. Futbolçularım çox əziyyət çəkdilər. Öz oyunumuzu tam istədiyimiz kimi göstərə bilmədik. Futbolçular qələbə üçün xeyli güc sərf etdilər. "Zirə"yə uğurlar arzulayıram.

    - Juninyo "Bayer"lə oyundan sonra sanki o qədər də hərəkətli görünmür. Bunu təkliflərlə əlaqələndirirsiniz?

    - Hərəkətində geriləmə var. Məşqçi olaraq bunu başa düşürəm. Həm dediyiniz fikirlər, həm də oyunlara motivasiya etmək asan deyil. Nə qədər futbolçuları motivasiya etsək də, onlar özləri də özlərini motivasiya etməyi bacarmalıdırlar. Görünür, tam istədiyim kimi alınmır. Bəlkə də komandaya tam uyğunlaşmayıb. Bizim rejimi, məşq proseslərini, hər oyuna yanaşmağımızı, ola bilər, tam dərk edə bilməyib. İnanın ki, hər şey yaxşılığa doğru gedir. Özü ilə də söhbətimiz olub. Gələn il daha yaxşı Juninyo görmək istəyirik. İnanıram ki, bunu birlikdə bacaracağıq.

    - Mövsümü bağlayan zədəli futbolçu var?

    - Marko Veşoviçdə zədə daha ciddi görünür. Yassin Benziada gedişata baxacağıq. Həkimlər 10-12 gün deyiblər, amma hər bir halda əzələ məsələsidir. Əzələ elədir ki, tələssən, problem yarana bilər. Ayın 26-dakı oyuna hazır olmaq ehtimalı var. Amma 100 faiz hazır olmasa, risk etməyəcəyik. Çünki böyük ehtimalla milliyə dəvət edəcəklər. 

    - Müqaviləsi bitən oyunçularla danışıqlar başlamısınız?

    - Vaxtımız var. Yüngül danışıqlara başlamışıq. Hər bir halda, sezonun sonunda bilinəcək.

    - Komandaya gətirmək istədiyiniz oyunçularla bağlı məsələs nə yerdədir?

    - Danışıqlar var. Amma yekunlaşan bir şey yoxdur.

    - "Qarabağ" Kadi Borges, Mahir Emreli və Musa Qurbanlını geri qaytarır?

    - Heç biri ilə hələ danışığımız yoxdur. 

    - Avrokuboklar uğrunda 4 komanda mübarizə aparır. Sizcə, hansı daha şanslıdır?

    - Hər birinin şansı eynidir. Maraqlı sonluq olacaq. Hər birinə uğurlar arzulayıram.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved