AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.
Prosport.Az xəbər verir ki, mayın 13-də keçiriləcək tədbirin gündəliyinə 4 məsələ daxil edilib.
Bunlar AFFA-nın inkişafı strategiyasının (inkişaf hədəflərinin müəyyən olunması, strategiyanın yazılması), Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasının, ölkə çempionatının 2024/2025-ci illər mövsümündə tətbiq olunacaq legioner limitinin və 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsidir. Göründüyü kimi, yığmaya baş məşqçi məsələsi bu iclasda da müzakirə olunmayacaq.
Qeyd edək ki, iclas saat 15:00-da başlayacaq.

