Xorvatiya mətbuatı bu yay "Dinamo"nu tərk edəcək futbolçulardan yazıb.
Prosport.Az xəbər verir ki, onların arasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də var.
"Emreli oyunlar üçün nəzərdə tutulmuş heyətdə belə yoxdur. O, zədəsini sağaldandan sonra 1 dəqiqə də meydanda qalmayıb. Emrelinin klubla müqaviləsi daha 2 il qüvvədədir və “Dinamo” onunla kompromisə getməli olacaq", – deyə yazıda bildirilib.
Qeyd edək ki, Mahir Emreli 2022-ci ildə “Dinamo”ya keçib.

