Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    "Qarabağ" Antalyaya gedəcək – Klub rəsmisi açıqladı
    8.05.2024 15:57:51

    "Qətər səfərinin apreldə yox, mayda baş tutması təşkilatçı "Aspire Academy" ilə bağlıdır. Qarşı tərəf bizdən bunu xahiş etdi. Çünki onların bir yaş qrupunun proqramında məcburi dəyişiklik oldu. Məlumat üçün bildirim ki, "Aspire Academy" hər hansısa bir klub deyil. Bu akademiya Qətər millisinin bazasını təşkil edir. Qətər klubları orada məşq keçir, beynəlxalq yarışlara bu akademiyanın xətti ilə yollanırlar. "Qəbələ" Futbol Akademiyasında işlədiyim vaxtda – 2016-cı ilin fevralında oraya U-10, U-11 və U-12 komandaları ilə səfərə yollanmışdıq. "Aspire Academy" və Fransanın "Mets" komandası ilə miniturnirdə çıxış etmişdik. O vaxtdan bu akademiya ilə əlaqələrim var. Ötən ilin avqustunda isə qətərlilər Qəbələyə gəlmişdi".

    Bunu Prosport.Az-a "Qarabağ" Akademiyasının yeni meneceri Nail Kərimov deyib.

    "Qarabağ"ın U-15 və U-17 komandaları 18-23 may tarixlərində Qətərin paytaxtı Dohada olacaq. Müvafiq olaraq Vüqar Əsgərli və Samir Musayevin baş məşqçisi olduğu komandalar orada "Aspire Academy" ilə 2 yoxlama oyunu keçirəcək. Bu yerdə xatırladaq ki, "Neftçi"nin U-11 və U-12 komandaları martda həmin akademiyada məşq keçərək təcrübələrini artırıb. 

    Nail Kərimovun sözlərinə görə, U-15 liqasındakı oyunların təxirə salınması üçün artıq AFFA-dan razılıq alınıb: "Səfərə yollanmazdan 2-3 gün əvvəl oyun keçirəcəyik. Daha sonra Azərbaycanda olmadığımız günlərdə olacaq matçlarımız təxirə salınacaq. Sağ olsun ki, AFFA bu məsələdə bizə kömək oldu".

    Daha sonra o bildirib ki, 17-21 may tarixlərində "Qarabağ"ın 2 yaş qrupu Antalyadakı turnirdə iştirak edəcək: "Antalyada "Junior World Cup" beynəlxalq turnirində U-9 və U-14 komandalarımız iştirak edəcək. Hər iki yaş qrupunda normal rəqiblər var. Türkiyənin aparıcı klubları, Avropa, Asiyadan komandalar bu turnirdə mübarizə aparacaq".

    Qeyd edək ki, Antalyadakı turnirdə "Olimpik" (Marsel), "Antalyaspor", "Borusiya" (Dortmund), "Qalatasaray", "Atletiko" (Madrid), "Milan", "Benfika", "Beşiktaş" kimi məşhur klubların aşağı yaş qrupu üzrə komandaları çıxış edəcək. Həmçinin, Belarus, Belçika, Çin, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Gürcüstan, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Kosovo, Qırğızıstan, Latviya, Polşa, Rusiya, Slovakiya, Özbəkistan kimi ölkələrin klubları yarışacaq.

    Səbuhi Musa

    View this post on Instagram

    A post shared by LİG34 (@lig34official)

    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - FOTOLAR

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Futbol

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    Futbol

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - FOTOLAR

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved