Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Mənim heç bir oyunçu ilə problemim yoxdur" – Faiq Qarayev
    7.05.2024 13:51:14

    "Yığmaya qayıtmağımın səbəbi Azərbaycanda voleybolun inkişaf etdirilməsidir".

    Prosport.Az xəbər verir ki, bunu Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının baş məşqçisi Faiq Qarayev komandanın Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan məşqindən sonra jurnalistlərə açıqlamasında deyib.

    Mütəxəssis hazırlıqların yaxşı getdiyini söyləyib: “Hazırlıqlar yaxşıdır, amma vaxt çox azdır. Ölkə çempionatı bitdikdən sonra 1 həftə vaxtımız var. Mayın 9-da yola düşürük. Təcrübəmiz var. Bilirsiniz ki, 2026-cı ildə voleybol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək. İndidən hazırlıqlara başlamışıq".

    F.Qarayev xaricdə oynayan azərbaycanlı voleybolçuları ölkəyə qaytarmaq istədiklərini bildirib: "Gördüyünüz kimi, nə qədər gənc voleybolçu var. Digər oyunçuların taleyinə gəlincə, bizə lazım olanlar 2026-cı ildə keçiriləcək yarışa dəvət alacaq. Əksəriyyətinin zədəsi var. Çempionatlar hələ davam edir. Biz də belə qərara gəldik ki, gəncləri indidən hazırlayaq. Qələbə haqda danışmaq hələ tezdir. Əksəriyyəti heç klublarında oynamayıb. Uduzmaqdan qorxmamalıyıq. Çünki hələ vaxtımız var. Xaricdə oynayan gəncləri Azərbaycan klublarına qaytarmaq lazımdır. Federasiya ilə birlikdə belə qərara gəlmişik".

    Baş məşqçi hazırlıqdan razı qaldığını vurğulayıb: "Məşqlərdən razıyam. Amma bu voleybolçulara ən azı 1 il vaxt lazımdır ki, böyüsünlər. Bu, 6-7-ci nəsildir ki, əlimdən keçir. Azərbaycanda voleybolun inkişafı üçün əlimizdən gələni edəcəyik. Gördüyünüz kimi, xeyli məşqçimiz də var. Biz yaşlanırıq. Allah qoysa, onlar yerimizi tutacaq. Həm məşqçilərə, həm də oyunçulara uğurlar arzulayıram. Arzum budur ki, voleybol Azərbaycanda öz yerini tapsın”.

    O heç kimlə probleminin olmadığını deyib: “Elə insanam ki, heç kimlə problemim yoxdur. Odina Əliyevanı çox istəyirəm. Onları mən böyütmüşəm. Kollektivdəki oyunçuların hamısını sevirəm. Bilirsiniz ki, heyətdə Polina Rəhimova, Yelizaveta Səmədova, Ayşən Əbdüləzimova var. Bu oyunçular hamısı “qızıl fond”dur. Amma gəncləri toplamışıq ki, təcrübəlilərlə vəhdət təşkil edək. Xorvatiya, Slovakiya, İsveç, Rumıniya çox güclü rəqiblərdir. Məqsəd bir neçə ilə komandanı formalaşdırmaqdır”.

    Top oyunları

    Naxçıvan klubunda litvalı legioner

    22.09.2026 15:08:28
    Voleybol

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33
    Top oyunları

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    Top oyunları

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Top oyunları

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Top oyunları

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52

    Rəhim Həsənov hakim səhvini etiraf etdi - VİDEO

    22.09.2026 15:40:36

    Naxçıvan klubunda litvalı legioner

    22.09.2026 15:08:28

    Premyer Liqanın bombardiri Avropa klublarının "radar"ında

    22.09.2026 14:43:51

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved