Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Son pillədəyik, mental hazırlıq çatmırdı" - Kaxaber Sxadadze
    6.05.2024 23:13:03

    "Qəbələ" Azərbaycan Premyer Liqasının XXXIII turunda səfərdə "Səbail"i 3:2 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Azarkeşlər üçün maraqlı oyun oldu. Mübarizə və qollar gördük. Bu da inkişaf üçün yaxşıdır. Gənc uşaqlar bu səviyyədə sona qədər mübarizə apardılar. Futbolçularımı təbrik edirəm. İki debütantımız da var idi. Sevinmək üçün xüsusi bir şey yoxdur. Biz sonuncu pillədəyik. Cavanlara görə sevinirəm ki, onlar özlərini meydanda hiss etdilər. Qələbəni də həmçinin. Ümidvaram ki, bu cür davam edəcəklər və qalan görüşlərdə özümüzü yaxşı tərəfdən göstərəcəyik. Onlar yaxşı məşq edirlər, hətta daha yaxşı oynaya bilərlər.

    - İndiyə qədər niyə alınmırdı və bu gün alındı?

    - Öncəki oyunlarda biz daha çox epizod yaradırdıq, nəinki bu gün. Epizodlarda soyuqqanlılıq, keyfiyyət özünü göstərməlidir. "Neftçi" qapıya bir zərbə vurdu, uddular. Biz isə 5 qol epizodunu boşa verdik. Ustalıq tək texnika deyil, psixologiya da var. Komanda çox uduzurdu deyə, inanmsızlıq yaranırdı. Komanda sonuncu pillədədir. Mental hazırlıq çatışmırdı.

    - Sizin burada olmadığınız zamanda Azərbaycan çempionatının və hakimliyin səviyyəsi dəyişib?

    - Hakimlik haqda şərh verməyəcəm. Onlara hörmətlə yanaşıram. Birinci hissədə əsəbi idim, amma üzrxahlıq etdim. Suallar hər zaman olur. Amma artıq bağlandı. "Qarabağ" tamam başqa səviyyədədir. Digərləri isə eyni gücdədir. Hamı bir-birini məğlub edə bilər. Bu da maraqlıdır. Azərbaycan çempionatında azarkeş çatışmır. Bu çempionat daha çox azarkeşə layiqdir. Azarkeşlər çempionatı dəstəkləməlidir. Çox istəyərdim ki, onlar çox gəlsin. Çempionat azarkeşsiz maraqsızdır. Daha çox gələcəklər, Premyer Liqanın səviyyəsi də artacaq. Bölgələrdə azarkeş problemi yoxdur, Bakıda isə var. Azarkeşlərə hörmətlə yanaşıram. Görün, nə qədər komanda avrokuboklar uğrunda mübarizə aparır. "Xəzər Lənkəran", "Bakı", "İnter" kimi çox yaxşı komandalar var idi. "Neftçi" də həmişə "Neftçi"dir. Çempionat inkişaf edir, bura maraq da çox olacaq. Azərbaycan gözəl ölkədir, stadionlar da gözəldir. "ASCO Arena"nın süni örtüklü meydançası da əla idi. Daha da inkişaf etmək üçün hər cür imkan var.

    - Elitadan düşməyiniz reallaşıb deyə, futbolçular daha rahat oynayırlar?

    - Çətindir demək. Detallar bir-birinə bağlıdır. Əvvəl olmayan şeylər bu gün oldu. Əvvəlki matçlarda çox epizod yaradırdıq, vura bilmirdik. Gənc futbolçular üçün Premyer Liqada oynamaq xoşdur. Futbolçu birinci dəfə oyuna çıxırsa, onun üçün komandanın liqadan düşüb-düşməməsi önəmli deyil.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved