Azərbaycan millisinin yoxlama oyununda daha bir rəqibi müəyyənləşib.
Prosport.Az xəbər verir ki, yığma iyunun 11-də Macarıstanın “Haladaю Sport Kompleksum” stadionunda Qazaxıstan kollektivi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya komandası ilə yoxlama görüşü keçirəcək.

