Azərbaycan idmançıları İsveçin paytaxtı Stokholmda 3-5 may tarixlərində keçirilmiş uşu üzrə 19-cu Avropa çempionatında 5 medal qazanıb.
Prosport.Az-ın xəbərinə görə, Avropa Uşu Kunq-fu Federasiyasının təşkilatçılığı və İsveç Kunq-fu və Uşu Federasiyasının meydan sahibliyi ilə keçirilən yarışı Azərbaycan 3 qızıl və 2 gümüş medalla başa vurub.
Gənclərdə Amin Əlili (60 kq), Həmzə Rəsulzadə (65 kq) qızıl, Elçin Muradov gümüş medal qazanıb. Böyüklər kateqoriyasında isə Orxan Hətəmov (48 kq) Avropa çempionu olub, Ruslan Pirəliyev (70 kq) finalda uduzaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Orxan Hətəmov finalda Ermənistan idmançısı Vahan Mkrtçyanı 3 dəfə nokauta saldığından, görüş 2-ci raundda erkən dayandırılıb və qələbə bizim idmançıya verilib.

