Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İndi bu söhbətlərin yeri deyil" - "Sabah"ın baş məşqçisi
    5.05.2024 22:17:51

    "Sabah" Azərbaycan Premyer Liqasının XXXIII turunda səfərdə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Oyunçularımı təbrik edirəm. Onlarla fəxr edirəm. Ardıcıl 4 oyunda qələbə qazanmaq asan deyil. Ayaz Quliyevin uzaqdan vurduğu mükəmməl zərbə ilə hesabda önə keçdik. Qoldan sonra sanki nəticədən məmnun idik. Futbolçulara demişdim ki, bu gün çətin oyun olacaq. İlk hissədə "Araz-Naxçıvan" topa daha çox nəzarət edirdi. İkinci hissədə biz daha yaxşı oynadıq. Penaltini qaçırdıq. Oyunun taleyini daha erkən həll edə bilərdik. Oyundan və 3 xaldan məmnunuq. Hələ heç nə bitməyib. Qarşıda 3 oyun və 9 xal var. Növbəti matça hazırlaşmalıyıq.

    - "Sabah" bu mövsüm penaltilərdə uğursuzdur. Bu barədə nə deyə bilərsiniz?

    - Qaçan penaltilər də oyunun bir hissəsidir. Bu, sadəcə keyfiyyətdən asılı deyil, bəzən konsentrasiya da rol oynayır. Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi. Hər kəs artıq qolu qeyd edirdi. Penaltidə şanslar 50/50-dir. Ona görə də erkən qeyd etmək lazım deyil.

    - Son üç oyunda "Sabah" ilk hissədə vurduğu qollarla qələbə qazanıb. İkinci hissədə komanda arxayın olur?

    - Bu gün ilk yarıda o qədər də yaxşı oynamadıq. Əksinə, ikinci hissədə çox yaxşı oynadıq. İki yaxşı qol fürsətimiz oldu. 3-4 epizodda son ötürmələri düzgün verə bilmədik.

    - Mövsümün sonunda komandadan neçə nəfər gedəcək? Zəif mövqelər üçün axtarışlara başlanılıb?

    - Hazırda bu söhbətlərin yeri deyil. Qarşıda üç oyun var. Yeni oyunçular axtarışındayıq.

    - Öz həmvətənlərinizdən gətirəcəksiniz?

    - Xorvatiyadan olmağım o demək deyil ki, xorvat oyunçular gətirəcəm. Əlbəttə, Xorvatiyada yaxşı futbolçular var. Amma realist olmaq lazımdır. Dəqiq deyə bilmərəm ki, gətirəcəyik, ya yox.

    - Ən çox qarşıdakı hansı oyuna görə narahatsınız?

    - Həmişə birinci oyunu düşünürəm. İkinci və ya üçüncünü fikirləşmirəm.

    - Son turda "Neftçi" ilə qarşılaşacaqsınız. İstəyərdiniz ki, həmin matça kimi hər şey həll olunsun?

    - Bütün məşqçilər istəyər ki, axırıncı oyun heç bir şeyi həll etməsin. Necə olacağını indidən demək çox çətindir. "Neftçi"nin də üç oyunu var. İnanıram ki, həmin matça kimi rahat olacağıq.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved