Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bacarmasam, çıxıb gedəcəm" - Ayxan Abbasov
    5.05.2024 19:34:48

    "Üzücü məğlubiyyətdir. 90 dəqiqə üstün oynadıq. Fərdi səhvlərdən sonra rəqib qollar vurdu. Çoxlu qol epizodlarımız oldu. Son üç oyunun hamısında rəqiblər bizdən oyun baxımından üstün olmayıb. Fərdi keyfiyyət öz sözünü dedi. Son matçlarda qırmızı vərəqələr bizi pis vəziyyətdə qoydu. Bu, olmamalıdır. Qarşımızdakı məqsəd liqada möhkəmlənməkdir. Sona 4-5 tur qalmış iddiamız davam edirdi. "Sumqayıt"la oyundan sonra şanslarımız azaldı. Bəlkə də itkilərimiz olmasaydı, sona qədər mübarizədə yer alardıq. Səbrli olmalıyıq. Yola birlikdə çıxmışıq. Bilirik ki, bölgədə çalışmaq çətindir, təzyiq çoxdur. Bunun öhdəsindən gəlməliyik".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XXXIII turunun "Zirə" ilə görüşündən 1:2sonra keçirilmiş mətbuat konfransında deyib.

    O, jurnalistlərin suallarını da cavablandırıb.

    - Ötən oyunda Brunao, bu gün isə Roderik Miller qırmızı vərəqə ilə cəzalandırıldı. Bununla bağlı tədbir görəcəksiniz?

    - Klubun öz kodeksi var. Tədbirlər görülür. Məğlubiyyət olar, amma qırmızı vərəqələr qəbuledilməzdir. Futbolçuları başa düşürəm, mübarizədir. Amma vərəqələr az olmalıdır.

    - Yayda qapıçı transfer edəcəksiniz?

    - Son oyunlardır. Bununla bağlı indi açıqlama vermək mənə yaraşmaz. Futbol səhvlərin üzərində qurulub. Fərdi keyfiyyət dedikdə, bunları nəzərdə tuturam. Hər mövqedə güclənmək istəyirik. Keçənilki çempionatla bu mövsüm arasında fərqlər çoxdur. Bu mövsüm daha çətin oldu. 3-4 futbolçu transfer etməklə hazırıq desək, yalan olar. Futbolumuzda çatışmayan şey fikirdir. Biz fikirdə uduzuruq. Tələsmək olmaz. Keçən il də bizdən avrokuboklara vəsiqə istəyirdilər. Nələrsə etmək istəyirik. "Turan Tovuz" 30 il əvvəl avrokubokda oynayıb. Bölgəyə futbolçu gətirmək çətindir. Ötən illə müqayisədə inkişaf etmişik. İş görmək istəyirik. Əlbəttə ki, maneələr olacaq. Ruhdan düşməməliyik.

    - Mövsüm bitdikdən sonra azarkeşlərlə görüş keçirməyi planlaşdırırsınız?

    - Bir şeyi qəbul etmək lazımdır ki, Tovuzda kütlə böyükdür. Biz onlarla mütəmadi danışırıq. Azarkeş fikirləri fərqlidir, hər kəsi razı sala bilmərik. Bəzən elə şeylər istəyirlər ki, reallıqdan kənara çıxır. Bəziləri hansı əziyyəti çəkdiyimizi bilmirlər.

    - Sanki bəziləri sizin haqqınızda istefa şüarını səsləndirmək üçün fürsət gözləyir. Siz bu məsələ haqda nə düşünürsünüz?

    - Mənə bu sual çox verilib. Deyirdim ki, heç kim sakitləşməyib. Məğlubiyyət olanda üzə çıxacaqlar. "Turan Tovuz" mənə yad deyil, burada futbol oynamışam. Mənim yerimdə başqası olsa, yenə eyni problem yaranacaq. Bilmirəm, məndən niyə xoşları gəlmir. Keçən il deyirdilər ki, komada az qol vurur. Bu il qol vururuq, yenə narazıdırlar. Rəhbərliyə söz vermişəm. Bacarmasam, çıxıb gedəcəm. Buradan yapışıb qalmamışam. Digər komandalar qədər pul xərcləməmişik. Komanda baxımlı futbol oynayır. Ən çox qol vuran komandayıq.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved