"Qarabağ” futbolçusu Nəriman Axundzadə ilə müqavilə müddətini uzadıb.
Prosport.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı hücumçu ilə yeni anlaşma daha 4 il müddətinə nəzərdə tutulub.
Nəriman Axundzadə ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Qeyd edək ki, "Qarabağ" ötən gün Bəhlul Mustafazadə ilə 3 illik müqavilə imzalayıb.

