Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Neftçi"yə qarşı hamı istəkli oynayır" - Qurban Qurbanov
    4.05.2024 23:15:17

    "Qarabağ" Azərbaycan Premyer Liqasının XXXIII turunda öz meydanında "Neftçi"yə 5:0 hesabı ilə qalib gəlib.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Futbolçularımı təbrik edirəm. Azarkeşlər üçün maraqlı oyun oldu. Oyundan razı qaldım. Amma daha da səliqəli oynamalıyıq. Çünki, futbol səhvləri bağışlamır. Rəqib istifadə edə bilərdi. Bəsit səhvlər etdik. Buna baxmayaraq, oyun intizamı var idi, futbolçular istəkli idilər. "Neftçi"yə uğurlar arzulayıram.

    - Toral Bayramovun ilk hissədəki oyununu necə dəyərləndirirsiniz?

    - Çox narazı qaldım.

    - "Qarabağ"ın bu mövsüm xal itirmədiyi yeganə komanda "Neftçi"dir. Bu komandaya qarşı xüsusi motivasiyanız olur?

    - Elə oyunlar var ki, daha çox hazırlaşırıq. Ümumiyyətlə meydana motivasiyasız çıxmaq düzgün deyil. "Neftçi"yə gəldikdə, bəlkə də komandamı ən az bu rəqibə qarşı motivasiya edirəm. Çünki, futbolçular istər-istəməz dərk edirlər. Çempionatda ən maraqlı oyunlar "Neftçi" ilə "Qarabağ" arasında olur. Tam bizdən asılı olan bir şey deyil. Sadəcə, belə uğurlu seriya alındı. "Neftçi" ilə görüşlərdə futbolçulara əlavə nəsə demirik. 

    - Mateus Silva mərkəz müdafiəçisi kimi özünü necə göstərdi?

    - Ondan razı qaldım. Neçə oyundur ki, onu mərkəzdə oynadırıq. Həmin mövqedə istədiyimiz oyunu göstərir. Mateusun hər iki mövqedə eyni səviyyədə oynaması mənim üçün üstünlükdür. Son vaxtlar tam olaraq özünü bu kollektivin üzvü kimi hiss edir. 

    - Mətbuatda sizin İspaniyada bir klubun düşərgəsində təcrübə keçəcəyinizlə bağlı xəbərlər yayılıb. Hansı kluba gedəcəksiniz?

    - Hazırda belə bir plan yoxdur.

    - Keçmiş "Neftçi"li kimi Bakı klubunun düşdüyü vəziyyət sizə necə təsir edir?

    - Mənim cavab verməyim bəlkə də düz olmaz. "Neftçi"yə qarşı hamı istəkli oynayır. O ad həmişə onların üzərindədir. Hər komandanın eniş vaxtı olur. Nəinki "Neftçi"nin, bütün komandaların, çempionatın aktiv olmasını istəyirəm. Zəmanət yoxdur ki, biz hər il bu səviyyədə olacağıq. Bizdə də hansısa il eniş ola bilər. Buna hazır olmalıyıq. "Neftçi" böyük klubdur. İnanıram ki, tez bir zamanda belə nəticələr geridə qalacaq.

    - "Qarabağ" heyətini gücləndirəcək?

    - Ən azından heyəti qoruyub-saxlamağa və güclənməyə çalışacağıq.

    - "Qarabağ"ın Emre Morla maraqlandığı ilə bağlı xəbərlər nə dərəcədə realdır?

    - Xəbərim yoxdur.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved