Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Sərbəst güləşçilər reytinq turnirində 4 medal qazandı
    5.06.2023 08:24:38

    Qırğızıstanın paytaxtı Bişkekdə güləş üzrə Reytinq Seriyasının 3-cü mərhələsi sona çatıb.

    Prosport.Az xəbər verir ki, yarışın sonuncu günündə 5 sərbəst güləşçimiz mübarizə aparıb.

    65 kq

    Əli Rəhimzadə 1/8 finalda hindistanlı Kumar Anuca minimal fərqlə qalib gəlib – 7:6. Ancaq həmyerlimiz 1/4 finalda argentinalı Aqustin Destribatsla bacarmayıb – 1:3.

    74 kq

    Cəbrayıl Hacıyev təsnifat mərhələsində misirli Amr Husseyn (3:2), 1/8 finalda isə Bəhreyni təmsil edən Məhəmmədrəsul Asluyevlə (5:4) gərgin keçən qarşılaşmalarda sevinən tərəf olub. Yığma üzvü daha sonra gürcüstanlı Otari Baqauridən (4:1) güclü olmaqla adını yarımfinala yazdırıb. Tacikistanlı Məhəmməd Yevloyevlə gərgin keçən görüşdə sonuncu xal prinsipinə əsasən (3:3) qələbə qazanan Cəbrayıl finala adlayıb.

    Bu çəkidə yer alan digər güləşçilərimiz mübarizəyə 1/8 finaldan başlayıb. Turan Bayramov çinli Fenq Lu (7:0), Hacımurad Hacıyev isə qazaxıstanlı Darxan Yessenqali (10:0) üzərində böyükhesablı qələbə əldə edib. Bayramov 1/4 finalda türkiyəli olimpiya və ikiqat dünya 3-cüsü, üçqat Avropa çempionu Soner Dəmirtaşı 10:5 hesabıyla, Hacıyev isə monqolustanlı Suldxuu Olonbayarı "tuş"la məğlub edərək yarımfinala yüksəlib. Finalın bir addımlığında yığma üzvləri üz-üzə gəlib. Komanda yoldaşına 7:4 hesabıyla qalib gələn Turan finalda iştirak hüququ qazanıb.

    Hacımurad bürünc medal uğrunda Soner Demirtaşla qarşılaşıb və təcrübəli rəqibini 12:7 hesabıyla məğub edərək 3-cü yeri tutub. Finalda isə Turanla Cəbrayıl güləşib. Gərgin keçən qarşılaşmadan 2:1 hesablı qələbəylə ayrılan Bayramov qızıl, Hacıyev isə gümüş medal qazanıb. 

    86 kq

    Əbubəkr Abakarov ilk görüşdə monqolustanlı Bat Byambasuren üzərində inamlı qələbə qazanıb – 7:0. Abakarov 1/4 finalda qırğızıstanlı Nurdilək Qəribbayevi 5:0 hesabıyla üstələyərək yarımfinala vəsiqə qazanıb. Əbubəkr qazaxıstanlı Əzəmət Dövlətbəyi də (3:2) məyus edərək finala yüksəlib. Ancaq Abakarov zədələndiyi üçün Bəhreyni təmsil edən Məhəmməd Şərifovla həlledici görüşə çıxmayıb və gümüş medalla kifayətlənib.

    Beləliklə, sərbəst güləşçilər yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

    Qeyd edək ki, turnirdə I kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyub.

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Güləş

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Mövlud Mirəliyev 4-cü dəfə dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Azərbaycan çempionatının və klubunun adı dəyişdirildi, "Azərmaş" sponsor gəldi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved