Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ" çempionatda ayrı dünya kimidir" - Krunoslav Renduliç
    1.05.2024 17:41:56

    “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Xorvatiya mətbuatına müsahibə verib.

    Prosport.Az xəbər verir ki, o, Azərbaycandakı həyatından, Premyer Liqadakı mövcud vəziyyətdən, “Qarabağ”la rəqabətdən və digər məsələlərdən danışıb.

    - Azərbaycanda həyat necədir?
    - Yaxşıdır. Bakıda sizə lazım olan hər şeyə malik meqapolisdir. Futbol şəraiti çox yaxşıdır. 10 komandadan 7-8-nin çox yaxşı stadionu və şəraiti var. Arenamız 13 min tamaşaçı tutumuna malikdir və bütün tribunalar örtülüdür. Məşq etmək üçün ehtiyat meydançamız da var.

    - “Sabah”a keçidiniz necə baş tutdu?
    - Təsadüfən. Bəlkə də yox. İşsiz olanda həmişə nəsə gözləyirsən. Təsadüfən dostum vasitəsilə "Sabah"dan olan şəxslərlə tanış oldum. Məni danışıqlara çağırdılar, Bakıya uçdum və qısa zamanda işə qəbul olundum. "Sabah" qeyri-adi vəziyyətdə idi, əvvəlki məşqçi (Murad Musayev - red.) mövsümün ikinci hissəsində komandadan ayrılmışdı. Onlara təcili məşqçi lazım idi. Əlbəttə ki, bu, heç bir məşqçi üçün ideal vəziyyət deyil.

    - Yeni komandaya özünüzlə kimi apardınız?
    - "Zrinski"də mənimlə birlikdə olan eyni adamlardır. Bunlar köməkçim Saşa Sablyak, fiziki hazırlıq üzrə məşqçi Domaqoy Periçdir. Analitik Filip Lekiçin də bir aydan sonra bizə qoşulacağına ümid edirik. Oyunçularla bağlı heç bir problem yox idi, əvvəlki məşqçi komandanı yığa bilmişdi.

    - Heyətdə çoxlu azərbaycanlı futbolçu, eləcə də ispanlar, nigeriyalılar və bir lüksemburqlu var. Onlarla necə ünsiyyət qurursunuz?
    - Ünsiyyət ingilis dilində aparılır. Bunu bir az daha yaxşı başa düşən və başqaları üçün tərcümə edən oyunçularımız var. Bizim iki tərcüməçimiz var: biri ingilis dilindən, digəri ispan dilindən tərcümə edir. Bu, xüsusilə oyunlar zamanı təlimatlar vermək üçün ideal vəziyyət deyil. Sən nəsə deyirsən, başqası tərcümə edir, yanından isə "peraşki" satan nənə keçir.

    - Komandanızda ən böyük ad İshak Belfodildir. O, necə futbolçudur?
    - Onun böyük karyerası var, müstəsna keyfiyyətlərə malikdir və istənilən komandaya kömək edə bilər. Belfodil bizim üçün faydalıdır, inanıram ki, sona qədər belə qalacaq. Onun səviyyəsi hər hərəkətində nəzərə çarpır. 5-6 il əvvəlki kimi güclü deyil, amma yenə də çox yaxşı oyunçudur.

    - Çempionatın bitməsinə 4 tur qalmış avrokuboklara vəsiqəni təmin edən yerlərdən bir xal uzaqdasınız. Komandanızı son iki turda “Neftçi” və “Sumqayıt”la iki vacib görüş gözləyir. Klubda sizə təzyiq varmı?
    - Mən heç bir təzyiq hiss etmirəm. İşimizdən maksimum nəticə əldə etmək istəyirik. Məqsədimiz ikinci olmaqdır, çünki bura Avropa Liqasına çıxışı təmin edən yerdir. Şanslar bərabərdir. Bununla belə, çətin qrafikimiz var: dörd matçdan üçünü səfərdə keçirəcəyik.

    - Çempionatdakı digər komandalar necədir və “Qarabağ” onlardan fərqlənirmi?
    - “Qarabağ” çempionatda ayrı dünya kimidir. Liqanın ən yaxşısıdır, amma biz onları məğlub etdik. “Qarabağ”la matçda meydanı qolla nəticələnən iki zərbə ilə tərk edəndə yaxşı oynadığını anlayırsn. Qalan komandalar onlardan çox geridədir. Amma asan matçlar heç bir halda yoxdur.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved