Ukrayna Premyer Liqasında XXVI tura yekun vurulub.
Prosport.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayevin formasını geyindiyi “Polesye” öz meydanında “Vorskla” ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Emil Mustafayev meydana start heyətində çıxıb və 80-ci dəqiqədə məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Polesye" hazırda 42 xalla 6-cı yerdədir.

