Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Prinsipim Rəşad Sadıqovla deyil" – Elmar Baxşıyev
    29.04.2024 22:00:20

    "Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının XXXII turunda səfərdə "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, muxtar respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – "Araz-Naxçıvan"da ilk qələbəmizdir. Amma daha çox komandamın meydançadakı intizamının olması məni sevindirir. Futbolçular bu gün əzmkarlıq göstərdi. Bərabər səviyyəli oyun gördük. Komandamı təbrik edirəm. Qarşıdakı 4 matça hazırlaşacağıq.

    – Oyuna müdafiəyəmeyilli başlamağınız rəqib baş məşqçini təəccübləndirdi...
    – Oyun seçimi mənim idi. Mən daha çox komandanın belə oynamasını istəyirəm. Rəqibi də nəzərə alırıq. Bunun əsasında plan tərtib olunur.

    – Rəşad Sadıqovla duelleriniz maraqlı olur. "Zirə"ni daha yaxşı incələyirsiniz...
    – Prinsipim Rəşad Sadıqovla deyil. Bu gün "Zirə" ilə "Araz-Naxçıvan" oynayırdı. Sadəcə, hər ikimiz dinamik futbola üstünlük veririk. Əzmkarlıq öndə olur. Heç bir prinsip yoxdur. Biz də ilk qələbəmizi qazanmaq istəyirdik.

    – Premyer Liqada qalmağı bacardınız, sabiq komandanız "Qəbələ" isə liqadan düşdü. Kaxaber Sxadadze dedi ki, bura gəlməklə imicimi qurban verdim. "Qəbələ"nin düşməsində sizin nə qədər payınız var?
    – Paya ayırmazdım. Əlbəttə ki, mən də o komanda ilə uğurlara çatmışdım, orada məşqçi kimi püxtələşdim. Mənim də payım var. Amma klub kompleks iş tələb edir. Səbəblər çoxdur. Mən də səbəblərdən burada danışsam, söhbət uzanacaq. Özümü Kaxaber Sxadadze ilə müqayisə etmək istəmirəm. Üzərimə düşənin ən yaxşısını kluba verməyə çalışırdım. Təbii ki, "Qəbələ" Azərbaycan futbolu üçün dəyərli, böyük klubdur. Heç kim istəməz ki, Premyer Liqadan getsinlər. Mən də istəyərəm ki, yüksək liqada qalsınlar, inkişaf etsinlər.

    – Hakim qərarları haqda nə düşünürsünüz?
    – Qərəz yox, emosiya idi. Hakim bu oyunu normal idarə etdi. Matçın nəticəsinə təsir edən səhvlər etmədi. Mənim fikrim başqadır, oyunu idarə edən hakimdir. O da öz işinin peşəkarıdır, qərarına hörmətlə yanaşmaq lazımdır.

    – Rəşad Sadıqov indiki Hakimlər Komitəsini günahlandırdı, bəzi klubların hakimlərlə münasibətinin yaxşı olduğunu iddia etdi. Hakimlər bəzi klublara simpatiya göstərir?
    – Səhv və qərəzli qərarlar başqa nüanslardır. "Qəbələ"də olanda da bizə qarşı simpatiya görmədim, "Araz-Naxçıvan"dayam, burada da isti münasibətlərini görmədim. İstəyərəm ki, bütün komandalara yanaşma eyni olsun. Hakimlərin 10 komandanın heç birini seçmək ixtiyarı yoxdur, hamısı əziz olmalıdır. Hamıya eyni gözlə baxılsa, daha yaxşıdır.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved