Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Komanda sayı artsa, keyfiyyət aşağı düşəcək" - "Sabah"ın baş məşqçisi
    27.04.2024 21:17:22

    "Sabah" Azərbaycan Premyer Liqasının XXXII turunda doğma meydanda "Səbail"i 2:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Futbolçularımı təbrik edirəm, çox yaxşı oynadılar. Ardıcıl üçüncü qələbəmizdir. Oyunun əvvəlində bir az əsəbi idik. Çünki bu matç bizim üçün çox önəmli idi. Qələbəyə layiq oynadıq. Heç vaxt hansısa oyunçunu fərqləndirməmişəm. Amma bu gün Yusuf İmanovu xüsusi qeyd edərdim. Möhtəşəm çıxış etdi. Digər futbolçular da hər şeylərini meydanda qoydular. Amma biz kor deyilik. Gördük ki, çoxlu texniki səhvlərə yol verdik. Son 6 oyunda ilk dəfə qol buraxmadıq. Bu qələbə ilə bizdən geridə olan rəqibləri təzyiq altına saldıq. Sabahdan etibarən növbəti oyun haqda düsünəcəyik.

    - Ötənilki "Sabah"ı yaya qədər görə bilərik?

    - Ötən mövsümdəki komanda ilə bu komanda eyni deyil..

    - Daha yaxşı "Sabah" görmək üçün nə qədər vaxt lazımdır?

    - Bu, bir prosesdir. Mən bura gələndə hər şey mükəmməl deyildi. Heç bir məşqçi sehrbaz deyil, 2-3 aya problemləri həll edə bilməz. Mövsüm ərzində zədəlilərimiz çox olub. Hazırda yaxşı əhval-ruhiyyədəyik. Addım-addım irəliyə doğru getməliyik. Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir. Bilirik ki, çətindir. Amma buna cəhd edəcəyik.

    - Son iki oyunda Yusif İmanova şans verirsiniz. Bu oyundan sonra demək olar ki, əsas qapıçı Yusifdir?

    - Bizim üç qapıçımız var. Onların üçü də yaxşı çalışır. Təəssüf ki, yalnız birini seçə bilirik. Hazırda növbəti oyunlarda qapıçını dəyişmək üçün səbəb yoxdur. Amma Yusif arxayınlaşmalı deyil. Kim layiqdirsə, o da oynayacaq.

    - Keyfiyyətin artması üçün Premyer Liqada komanda sayının artması vacibdir?

    - Fikrimcə, say artdıqca, keyfiyyət aşağı düşəcək. Eyni şeyi Bosniya və Herseqovinada gördüm. Azərbaycan, Avstriya, Sloveniya kimi ölkələr üçün komanda sayının az olması yaxşıdır.

    - Azərbaycanın aşağı yaş qruplarından ibarət milli komandalarına xorvat məşqçilərin gələcəyi deyilir. Bununla bağlı sizin fikirlərinizi öyrənən olub?

    - Xeyr, olmayıb. Bu barədə eşitməmişəm.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved